Modern.az

Şəhid övladı 621 balla UNEC-ə qəbul oldu

Şəhid övladı 621 balla UNEC-ə qəbul oldu

Təhsil

25 Avqust 2026, 09:40

Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sadiq Məmmədovun oğlu Sənan Məmmədzadə tələbə adını qazanıb.

Modern.az xəbər verir ki, bu barədə Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sosial şəbəkə hesabında məlumat verilib. 

Belə ki, Qax şəhər 2 nömrəli tam orta məktəbin məzunu Sənan Məmmədzadə builki qəbul imtahanında 621,5 bal toplayıb.

O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kompüter mühəndisliyi ixtisasına qəbul olub.

Qeyd edək ki, Sənan Məmmədzadənin bacısı Səbinə Məmmədzadə “Əmanətə sədaqət” adlı təqaüd proqramının iştirakçılarındandır.


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...