Modern.az

Mehriban Əliyevaya zəng etdi, təbriklərini çatdırdı

Mehriban Əliyevaya zəng etdi, təbriklərini çatdırdı

Ölkə

26 Avqust 2026, 17:49

Avqustun 26-da Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.

Modern.az xəbər verir ki, Ziroat Mirziyoyeva Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, səmimi arzularını çatdırıb.

O, bir neçə gün əvvəl Azərbaycanın Birinci vitse-prezidenti ilə Özbəkistanda görüşlərini ən xoş təəssüratlarla xatırlayıb.

Ziroat Mirziyoyeva Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin, nəcib təşəbbüslərinin yalnız Azərbaycanda deyil, bütün dünyada böyük rəğbət qazandığını vurğulayıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən diqqətə və təbriklərə görə Ziroat Mirziyoyevaya təşəkkür edib.

Birinci vitse-prezident Mehriban Əliyeva da öz növbəsində Özbəkistana səfərini məmnunluqla xatırlayaraq, göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...