Modern.az

Kreml Koçaryanın saxlanılmasına münasibət bildirdi

Kreml Koçaryanın saxlanılmasına münasibət bildirdi

Dünya

26 Avqust 2026, 18:12

Rusiya Kremlinin sözçüsü Dmitri Peskov Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın saxlanılması ilə bağlı açıqlama verib. 

Modern.az xəbər verir ki, Peskov Moskvada Ermənistanın daxili siyasi proseslərinin ölkə qanunvericiliyinə uyğun şəkildə aparılacağına ümid etdiklərini bildirib.

“Yalnız ümid etmək olar ki, baş verən bütün proseslər qanuna ciddi şəkildə uyğun həyata keçiriləcək və respublikadakı siyasi prosesin bütün iştirakçılarının hüquqlarına riayət olunacaq”, – deyə Kremlin sözçüsü qeyd edib.

Qeyd edək ki, Ermənistanda dövlət əmlakının mənimsənilməsi ilə bağlı cinayət işi çərçivəsində keçmiş prezident Robert Koçaryan və onun oğlu Sedrak Koçaryanla bağlı proseslər aparılır. Koçaryan daha əvvəl xəstəxanaya yerləşdirilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...