23 Noyabr 2017, 14:27 | Ana Səhifə - Yazılar - “Hollivud” marksizm-leninizmi məhv etdi
“Hollivud” marksizm-leninizmi məhv etdi

Hidayət Elvüsal


O gündən bəri fikirləşirəm. Deyirəm, ya rəbbim, sənə şükür! Yaxşı ki, bu Amerika kinoçəkənlər çayxanasını yaratmısan. Məhz onların sayəsində marksizm-leninizm nəzəriyyəsi bir daha rüsvay oldu. Onlar deyildilər, “kapitalizm imperializmin son mərhələsidir” deyən? Onlar idi. Nə oldu?

O oldu ki, “Hollivud”un uşaqları sübut elədilər ki, kapitalizmlə imperalizmdən sonra da hələ bir mərhələ var. Yəni çox böyük bir siyasi kəşfə imza tullayıblar. Nədir o mərhələ? Sən demə bu… seksualizm imiş. Demək ki, imperalizm qudururmuş, ya da gücdən düşüb, kişiliyini itirirmiş və bu zaman dediyimiz o mərhələ yaranırmış.


“Hollivud”un bir yəhudi prodüsseri dünyada faş oldu. Sən demə bu qurumsaq, manyakfason bir şeymiş. Filmlərdə çəkilmək üçün seçdiyi aktrisalardan umacağı varmış. Tanıdığınız (adlarını yenidən çəkməyə “tərbiyəmiz yol vermir” (Ə.Nesin-red.) bütün o gözəl-göyçəklərlə sevişməliymiş. Hərçənd belə bir məşhur deyim var ki, şöhrətin yolu rejissorun yatağından keçir, lakin 
“Hollivud” da bu yol prodüsserə aid imiş.


Bir sözlə, aktrisalar utana-utana (“Hollivud” aktrisaları həyalı olurlar) bütün dünyaya bildirdilər ki, o kişi bunların başına dəfələrlə oyun açıb, namuslarına toxunub. Həmin prodüsser də qorxusundan ilişib qalıb Avropada və Amerikaya qayıtmır.


Əşi, bu aktrisalar, gözəlçələr kefdilər eee… Əvvəlcə minbir hiylə ilə rejissora, prodüsserə, dövlət adamlarına “xod” tapırlar. İstədiklərinə nail olandan sonra da başlayırlar namus-qeyrət hekayəsi danışmağa. Ən çox da ABŞ kimi bir ölkədə.

Mərhum Con Kennedi də bir balaca arvadbaz idi. Hərçənd Jaklinin də xəbəri vardı, amma ərinin üzünə vurmurdu. Bilirdi ki, Marlin Manro Kennedinin məşuqəsidir. Bilirdi ki, o zaman, Xruşşovun vaxtında Kuba böhranı günlərində bir atom savaşı başlaya bilər və… gizli, yeraltı sığınacağa kənardan yalnız və yalnız Marlin Manro daxil olar. Amma onu da bilirdi ki, Kennedi ABŞ da hara gedirdisə, adamları mütləq bir gözəlçə tapıb onun yanına gətirirdilər. Yəni dediyiniz kimi - imperializmin seksualizm mərhələsinin apaydın bir sübutu.

Elə Bill Klinton. Nələr olmadı? Ağ evdə təcrübə (?!) keçən Monika kişinin üzünə dirəndi ki, bəs prezident onunla mazaqlaşıb. Özü də dəfələrlə Hillari mindi cin atına. Amma dövlət mənafeyini nəzərə alıb, cin ayından düşüb CİP-ə mindi, ara sakitləşdi.


Avropada da həmin mərhələ yaşanır. Hollandiyada tam surətilə. Burda artıq kişi kişi ilə, qadın-qadınla evlənir. Yəni Avropada sosializm (əsl sosializm haa) seksualizmlə qol-boyun olub.

Və... kimin ağlına gələrdi ki, marksizm-leninizm nəzəriyyəsi bu yolla diz üstə çökər? Sən bax haa… Gör kapitalizm, imperializm Marksdan, Lenindən xəbərsiz öz bətnində nələr gəzdirirmiş?!.

Əgər bu “Hollivud” qalmaqalı olmasaydı, bunlar heç ağlıma gəlməzdi…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Tovuzda piyadanı vuran sürücü saxlanıldı 23 İyul 2021, 23:28 “Real”ın hücumçusu koronavirusa yoluxdu 23 İyul 2021, 23:13 Rusiya nümayəndə heyəti Bakıda danışıqlara başladı - FOTO 23 İyul 2021, 22:59 Atası Füzulidə, özü Kəlbəcərdə şəhid oldu - FOTO 23 İyul 2021, 22:45 Samuxda piyadanı maşın vurdu, sürücü qaçdı 23 İyul 2021, 22:39 Qızını zəncirləyən ana danışdı: “Məni qınayanların başına gəlsin” – VİDEO 23 İyul 2021, 22:26 Kəlbəcərdə atışma DAVAM EDİR 23 İyul 2021, 22:11 Türkiyədə yoluxma sayı daha da artdı 23 İyul 2021, 22:07 Şahmatçımız beynəlxalq turnirin qalibi oldu 23 İyul 2021, 21:53 Azərbaycanda polkovnik həbs edildi - RƏSMİ 23 İyul 2021, 21:40 Şəmkirdə ağır qəza: 2 nəfər öldü 23 İyul 2021, 21:31 İranda etiraz dalğası böyüyür: Ölən və yaralananlar var 23 İyul 2021, 21:19 Şirvanda yanmış meyiti tapılan şəxsin kimliyi məlum oldu 23 İyul 2021, 21:08 Vaqif Axundovun bacısı oğlu saxlanıldı 23 İyul 2021, 20:54 Bərdədə qızın zəncirlənməsi ilə bağlı cinayət işi başlanıb 23 İyul 2021, 20:49 Qazaxda göldə batan var 23 İyul 2021, 20:47 Tacikistandan 100 min əfqan qaçqına "yaşıl işıq" 23 İyul 2021, 20:35 İlya Azar Gürcüstanda da arzuolunmaz şəxs elan edildi 23 İyul 2021, 20:21 Mobil operatorların gəlirləri bəlli oldu 23 İyul 2021, 20:08 Xırdalanda sex yandı - VİDEO 23 İyul 2021, 20:00 Ombudsmana müraciət edənlərin sayı çoxalıb 23 İyul 2021, 19:55 General Azər Əliyevə yüksək vəzifə verildi 23 İyul 2021, 19:50 Reza Deqati mədəniyyət nazirilə görüşüb 23 İyul 2021, 19:44 Birgə Komissiyaların yeni tərkibi təsdiqləndi - SİYAHI 23 İyul 2021, 19:37 Gözətçi qadını qətlə yetirən polis HƏBS EDİLDİ 23 İyul 2021, 19:30 İlham Əliyev bu komissiyanın yeni tərkibini TƏSDİQLƏDİ 23 İyul 2021, 19:23 Prezident Vətən Müharibəsi Qəhrəmanını korpus komandiri TƏYİN ETDİ 23 İyul 2021, 19:16 Prezidentdən Əli Əhmədov və bu nazirlərlə bağlı SƏRƏNCAM 23 İyul 2021, 19:09 Nizam Osmanova yeni vəzifə verildi 23 İyul 2021, 19:03 Ölkəmizin çoxvektorlu xarici siyasət kursu uğurla davam edir 23 İyul 2021, 19:00 Ənvər Əfəndiyev Quru Qoşunları komandanı TƏYİN OLUNDU 23 İyul 2021, 18:55 Bu gün peyvənd olunanların STATİSTİKASI 23 İyul 2021, 18:48 Müdafiə Nazirliyində mühüm təyinatlar - 4 generala yeni vəzifə verildi 23 İyul 2021, 18:42 Yoluxma 300-ü keçdi - 3 nəfər öldü 23 İyul 2021, 18:36 Şəhid olan gizirimiz medalla təltif edilibmiş 23 İyul 2021, 18:30