Modern.az

“Azərbaycan əsgəri atəş açmasaydı, onu elə həmin gün geri qaytarardıq” - Paşinyan

“Azərbaycan əsgəri atəş açmasaydı, onu elə həmin gün geri qaytarardıq” - Paşinyan

Qarabağ

Bu gün, 12:55

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan hərbçisi Nəsimi Musayevin saxlanılması ilə bağlı hyeni açıqlama verib.

Modern.az xəbər verir ki, Paşinyan erməni jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycan hərbçisi atəş açmasaydı, elə həmin gün geri qaytarılacaqdı.

“Əgər Azərbaycan hərbçisi atəş açmasaydı, biz onu elə həmin gün geri qaytarardıq. O, özü-özlüyündə problemdir, amma düşünmürəm ki, bu, hər hansı şəkildə sülh prosesini təhlükə altına atsın”, – Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, artıq sülh bərqərar olub.

“Biz Şəki kəndində baş verən insidenti heç bir halda kiçiltmək niyyətində deyilik. Amma dünən parlamentdə aparılan müzakirələr məni dəhşətə gətirdi. Çünki Allah eləməsin, bizim hərbçimiz səhvən Azərbaycana keçsə, bu qiymətləndirmələrə veriləcək reaksiyanı görəcəyik və sonra deyəcəklər: “Bəs bu necə sülh idi?” – deyə Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı adekvatlığı itirməməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayev naməlum şəraitdə Ermənistanın Sünik vilayətinin Şəki kəndinə keçib. Orada onu saxlayıblar. 
Ermənistan tərəfi onun barəsində cinayət işi açıb və məhkəmə tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi