Modern.az

Deputatlarımız ATƏT PA-nın iclasında iştirak edəcəklər

Deputatlarımız ATƏT PA-nın iclasında iştirak edəcəklər

Parlament

Bu gün, 11:42

Milli Məclisin deputatları ATƏT Parlament Assambleyasının 24-cü payız sessiyasında iştirak etmək üçün oktyabrın 6-da Andorra Knyazlığının Andorra la Vella şəhərinə səfər edəcəklər.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Nümayəndə heyətinə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Pərvin Kərimzadə və Azay Quliyev daxildir.

Sessiya çərçivəsində deputatlar enerji suverenliyinin gücləndirilməsi, süni intellekt, kibertəhlükəsizlik və hibrid təhdidlərdən müdafiə mövzularında müzakirələrə qatılacaqlar.

Səfər oktyabrın 10-da başa çatacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?