Modern.az

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

Təhsil

10 Oktyabr 2026, 14:20

Bakıda Əmirəhməd Quliyev adına 121 nömrəli tam orta məktəbin direktoru Zaur Yusifovun vəzifəsindən azad edilməsi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Modern.az xəbər verir ki, məktəb rəsmi “Facebook” səhifəsində yayılan məlumatları təkzib edib.

Açıqlamada direktorun vəzifəsinin icrasını davam etdirdiyi bildirilib:

“Sözügedən məlumat yanlış və əsassızdır. Direktor öz vəzifəsinin icrasını davam etdirir. İctimaiyyəti yalnız məktəbin rəsmi mənbələrində yayımlanan məlumatlara istinad etməyə çağırırıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!