Bəzi döyüşlər var ki, onların izi təkcə tarixdə deyil, o torpaqlar uğrunda vuruşan insanların yaddaşında da qalır. Hadrut da belə ünvanlardan biridir. Burada qazanılan qələbənin arxasında ağır döyüşlər, yarımçıq qalan arzular, silahdaş itkisi və canı bahasına torpağına sahib çıxan oğulların hekayələri dayanır.
Hadrutun azadlığı uğrunda döyüşənlərdən biri də Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, Vətən müharibəsi qazisi Nurlan Hüseynovdur. O, həmin günlərin çətinliklərini, döyüş meydanında yaşadıqlarını, yaralandığı anı və yaddaşından silinməyən xatirələrini bizimlə bölüşüb.
Modern.az və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin “İZ” adlı birgə layihəsi çərçivəsində hazırlanan Nurlan Hüseynovun döyüş yolundan bəhs edən müsahibəni təqdim edirik: