ABŞ Prezidenti Donald Tramp Kimberli Qilfoyldan Yunanıstandakı səfir vəzifəsindən istefa verməsini istəyib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin yeni mətbuat katibi Keti Zakariya brifinq zamanı bildirib.
"Biz Qilfoyldan istefa verməsini xahiş etdik. Biz ona hər şeyin ən yaxşısını arzulayırıq", - o əlavə edib.
Daha əvvəl məlumat verilib ki, Tramp diplomat barəsində yayılan rezonans doğuran xəbərlərdən sonra Qilfoylun işdən çıxarılması imkanını nəzərdən keçirir.
Söhbət səfirin bahalı hədiyyələr qəbul etməsi və guya ABŞ administrasiyasının vəzifəli şəxsləri ilə əlaqələr qurmağa kömək etmək müqabilində pul istəməsi ilə bağlı iddialardan gedir.