5 Aprel 2018, 15:40 | Ana Səhifə - Yazılar - Ona görə deyirik ki…
Ona görə deyirik ki…

Hidayət Elvüsal


Türkiyədə baş verən hadisələri əlbəttə, izləyirik. Hamıya məlumdur ki, elə bizim ən etibarlı, ən güvənli tərəfdaşımız, təəssübkeşimiz Türkiyədir. Bu baxımdan diqqət mərkəzindədir.

Digər tərəfdən hər an deyirik:

- Bu məsələdə Türkiyə təcrübəsindən, Türkiyə modelindən istifadə etməliyik.

Bəzi sahələrdə edirik də. Amma elə məsələlər var ki, qəbul etmək mümkün deyil. Bu, ən çox uydurma dinçilik və təhsil sahələridir. Gözümüzün önündə həm özlərini, həm də bizi narahat edən hadisələr baş verir. Bu yaxınlarda ölkə prezidenti Rəcəb Tayyub Ərdoğan nəhayət ifrata varan bəzilərinə xəbərdarlıq da etdi. Uydurma hədislər, fətvalar səsləndirən dinçilərin hərəkətlərinə “Dində bəzi islahatlar aparılmalıdır” dedi. Və həmin anda sayı-hesabı bilinməyən təriqətlərin liderləri bir araya gəldilər və xoşagəlməz tablo yarandı. FETÖ-dən hələ də əziyyət çəkən ölkə bu yeni dinçi birləşmə ilə üz-üzə qaldı.

“Fateh mədrəsələri” adlı təriqətin telekanalı da var. Onların rəhbərlərindən biri elə ekranda dedi ki, saqqalı olmayan kişilər onda şəhvət hissi oyadır. Manyakdır, özgə ad vermək olmaz. Elə Türkiyə rəhbərlərinin də saqqalı yoxdur axı.

Başqa təriqətin liderlərindən olan Nurəddin Yıldız “6 yaşlı qızla nigaha girmək olar” deyə fətva verdi. Bir pedofil düşüncəsi, manyak baxışı, əxlaqsız, tərbiyəsiz fikir deyilmi?

Daha sonra bu İbrahim qadınlara üz tutur: “Allah-təala buyurub ki, arvad əri tərəfindən nə qədər döyülərsə, o qədər xoşbəxt olar. Qadın, Allaha şükür etməlidir ki, əri onu döyür”.

El arasında “dəli yığıncağı” kimi tanınan təriqət əcayib rəqslə, dəlisov hərəkətlərlə, ətürpədən səslərlə məşhurdur. İndi onlar küçələrə, meydanlara üz tutublar. Atatürk hava limanında həmin “ayini” sərgilədilər. Əcnəbi turistlər bunun bir şou olduğunu zənn edib əl də çaldılar. Sonra bu dəstə başqa hava limanlarında göründü.

“Cübbəli Əhməd” kimi tanınan, bir zamanlar qadın alveri üstündə istintaqa cəlb edilən o “din adamı” fətva verdi ki, şahmat haramdır. Ona əl vuran kafirdir.

Daha sonra Əhməd bir maşın kəfən sifariş elədi. Hər ölçüdə-biçimdə olan kəfənlərin alverinə başladı. Və… dedi ki, onun satdığı kəfənlərə bükülənlərin hamısı cənnətə gedəcək. Hələ bu gün də “cənnət yolçuları” onun bezini almaq üçün növbəyə durublar.

İndi də “dinçi islamçılar” başlayıblar. Universitetlərdən birini dekan müavini ekranda, özü də TRT ekranında dedi ki, o zaman Nuh peyğəmbər (əstəğfürullah!) gəmidə olarkən oğluna… cib telefonu ilə zəng etdi, danışdı. Oğlu da ona bilgisayardan (kompüterdən) mesaj atdı və s.

Bax belə! Nəhayət qeyd edək ki, “İstiqlal marşı”nı yavaş-yavaş ərəbcə oxuyurlar və xəbərlərdə görürük. Hətta siyasi toplantıda ayələr oxuyan gənclərə Ərdoğan:

- Gənclər, onun yeri bura deyil, - dedi. - Bir qəbiristanlıqda oxusanız yerinə düşər.

Təhsil isə imam-xətib məktəblərinə təhvil verilib. Bu barədə gələcəkdə danışarıq.

Biz bunları niyə yazırıq, niyə deyirik? Orada baş verənlərin buralara təsiri var. Burada FETÖ-çular, Nurçular, daha nə bilim kimlər, yox idimi? Elə arabir hüzür mərasimlərində bunları görməmişikmi? Bəzən dəvətsiz-filansız belə məclislərə soxulub, əvvəlcə yasinlə, sonra isə söhbətlə tərəfdarlar arayırlar.

Bax, buna görə bəzi məqamları yazırıq ki, belələrinin dindar yox, dinçi olduqlarını bilsinlər. Bunlar İslamı gözdən salır, müsəlmanlığa zərbə vururlar. Biz isə dinimizi təmiz, uydurmasız qalmasını istəyirik.

Söz yox ki, siz də istəyirsiniz. Belə deyilmi? Odur ki, belələrinə nə Anadolu müsəlmanları, nə də biz keçid verməməliyk.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34