Modern.az

Saz orkestri konsert proqramı keçirilib

Saz orkestri konsert proqramı keçirilib

Mədəniyyət

Bu gün, 21:45

Azərbaycan Milli Konservatoriyası və onun nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin birgə Saz Orkestrinin konsert proqramı təqdim olunub.

Modern.az xəbər verir ki, konsert iyunun 16-da Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına zalında baş tutub.

Tədbirdə konservatoriyanın və kollecin birgə fəaliyyət göstərən Saz Orkestrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib. Konsert proqramı milli musiqi irsinin təbliği, saz ifaçılıq ənənələrinin yaşadılması və gənc musiqiçilərin yaradıcılıq potensialının nümayiş etdirilməsi məqsədi daşıyıb.

Konsertdə müəllimlər, tələbələr, musiqisevərlər və sənət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ