Modern.az

500-dən çox işçi ixtisar olunacaq

500-dən çox işçi ixtisar olunacaq

Dünya

Bu gün, 21:00

Böyük Britaniyanın yayım korporasiyası BBC yeni rəhbərliyin qənaət planları çərçivəsində 550 əməkdaşını işdən çıxaracaq və bəzi proqramların yayımını dayandıracaq.

Modern.az xəbər verir ki, bu barədə “Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, qənaət tədbirləri çərçivəsində media nəhənginə məxsus televiziya və radio kanallarının fəaliyyəti də yenidən nəzərdən keçirilir.

Qeyd olunub ki, bu ixtisarlar növbəti üç il ərzində təxminən 2.000 nəfərin işdən çıxarılmasını nəzərdə tutan daha genişmiqyaslı planın bir hissəsidir. Struktur islahatlarından və ixtisarlardan ən çox zərər çəkən isə “BBC News” xəbərlər departamenti olacaq.

BBC rəhbərliyi hələlik mövzu ilə bağlı sorğulara rəsmi cavab verməyib.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ