Modern.az

ABŞ-dan İrana qarşı sanksiya

ABŞ-dan İrana qarşı sanksiya

Dünya

3 İyun 2018, 23:00

İranın Dövlət Televiziya və Radio Təşkilatının sədri Əli Əsgərinin adı ABŞ-ın sanksiyalar siyahısına salınıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın mətbuat nümayəndəsinə qarşı sanksiya tətbiq etməsi İranda birmənalı qarşılanmayıb.

İran mətbuat nümayəndəsinə qarşı sanksiyanın tətbiq edilməsini ABŞ-ın həqiqətlərin televiziya vasitəsi ilə yayımlanmasından narahat olması kimi dəyərləndirib.

 

Əli Əsgərinin özü isə bildirib ki, ABŞ İran xalqının səsinin dünyaya çıxmasından qorxduğu üçün belə qanunsuz addım atıb.

O qeyd edib ki, adının qadağalar siyahısına salınmasına baxmayaraq, öz fəaliyyətini davam etdirəcək və İran İslam İnqilabının nailiyyətlərini daha əhatəli şəkildə təbliğ edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?