Modern.az

Paşinyan Konstitusiya layihəsindən danışdı: 2018-ci ili xatırlayın

Paşinyan Konstitusiya layihəsindən danışdı: 2018-ci ili xatırlayın

Dünya

Bu gün, 00:30

Yeni Konstitusiya layihəsi ilə bağlı müxalifətin təkliflərini dinləməyə hazıram.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində bildirib.

O, qeyd edib ki, layihənin mətni artıq dərc olunub və qarşıdakı aylarda onun üzərində ciddi, tələsmədən iş aparılacaq.

Paşinyanın sözlərinə görə, layihə elə bir səviyyəyə çatdırılmalıdır ki, hökumət onu tərəddüd etmədən təsdiqləyərək parlamentə təqdim edə bilsin.

Jurnalistin müxalifətin Konstitusiya layihəsinin referendumda səsə qoyulmasına qarşı çıxacağı barədə qeydinə cavab olaraq Paşinyan 2018-ci il hadisələrini xatırladıb. O, bildirib ki, həmin vaxt hakimiyyətdə olan qüvvələrin nümayəndələri əvvəlcə onun namizədliyinə qarşı çıxsalar da, sonda Ermənistanın baş naziri seçilməsinə səs veriblər:

“Biz xalqla işləyirik və mən xalqa deyirəm ki, müxalifət sülhə gedən yolda sonuncu maneədir”.

Ermənistan hökumətinin başçısı müxalifətin Konstitusiya referendumunun keçirilməsinə səs verməsi üçün “ictimai təzyiq yaratmağın” vacibliyini bir daha vurğulayıb. O, müxalifətin sonda referendumun keçirilməsinin lehinə səs verəcəyinə əmin olduğunu bildirib.

“Əgər qəti şəkildə səs verməsələr, növbədənkənar seçkilərə gedəcəyik”, – Paşinyan deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV