“Rusiyanın hərbi bazası məsələsini mən özüm heç vaxt gündəmə gətirməmişəm. Ermənistanın belə bir bazaya ehtiyacı yoxdur”.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində bildirib.
“Əgər Rusiya burada hərbi baza saxlamaq istəyirsə, bu, bir vəziyyətdir. İstəmirsə, başqa vəziyyət. Məsələ yalnız bundan ibarətdir”.
Paşinyanın sözlərinə görə, bu məsələ Rusiya prezidenti Vladimir Putin tərəfindən Bişkekdə keçirilən görüşdən sonra gündəmə gətirilib.