Modern.az

Süni intellektə görə şirkət 8 min işçini ixtisar edir 

Süni intellektə görə şirkət 8 min işçini ixtisar edir 

Dünya

Bu gün, 11:37

"JPMorgan Chase"in investisiya bankçılığı bölməsinin rəhbərlərindən olan Kevin Brunner süni intellektin artıq “şişirdilmiş gözləntilər” mərhələsindən çıxaraq real tətbiq dövrünə keçdiyini bildirib.

Modern.az xəbər verir ki,  O, bu barədə "Bloomberg" nəşrinə danışıb.

Onun sözlərinə görə, süni intellekt artıq gələcəyin texnologiyası deyil və biznes proseslərinə birbaşa təsir göstərməyə başlayıb.

Brunner qeyd edib ki, banklar və iri şirkətlər əməliyyatların avtomatlaşdırılması üçün AI texnologiyalarını sürətlə tətbiq edir. Bu çərçivədə Standard Chartered növbəti dörd il ərzində təxminən 8 min yardımçı vəzifəni ixtisar etməyi planlaşdırır. Bildirilir ki, bu proses qismən süni intellektin tətbiqi hesabına həyata keçiriləcək.

"JPMorgan" rəsmisinin fikrincə, süni intellekt yaxın illərdə böyük satınalma və birləşmələrdə, eləcə də bazardakı dəyişikliklərdə əsas amillərdən birinə çevriləcək. O hesab edir ki, AI müxtəlif sahələrdə qalibləri və uduzanları müəyyən edəcək əsas faktor olacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı