Modern.az

Tanınmış futbol şərhçisinə 3 il həbs verilə bilər

Tanınmış futbol şərhçisinə 3 il həbs verilə bilər

İdman

Bu gün, 14:58

Türkiyənin tanınmış futbol şərhçisi və keçmiş idman hakimi Ərman Toroğluna qarşı televiziyada "Qalatasaray" klubu ilə bağlı verdiyi açıqlamalara görə cinayət işi açılıb. 


Modern.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə Toroğlunun "ictimaiyyətə yalan məlumatı qəsdən yayma" maddəsi ilə 1 ildən 3 ilədək həbsi tələb olunur.

İş üzrə "Qalatasaray" İdman Klubu və klubun səhmdar cəmiyyəti zərərçəkmiş, Ərman Toroğlu isə şübhəli qismində tanınıb.

İttihamnaməyə əsasən, şərhçi fevralın 8-də qatıldığı verilişdə "Qalatasaray" sədri Dursun Özbək ilə Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri İbrahim Hacıosmanoğlunun görüşdüyünü və müəyyən gizli mövzuları müzakirə etdiyini iddia edib. İstintaq orqanı hesab edir ki, Toroğlu dövlət qurumlarının rəsmi açıqlamalarından kənar həqiqətə uyğun olmayan iddialarla cəmiyyətdə yanlış rəy formalaşdırmağa və qurumlara olan etimadı sarsıtmağa çalışıb. 
Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.


Töhfə Səməd

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV