Modern.az

“Barselona” ilə oyunda zədələnən “Sabah”ın futbolçusunun durumu açıqlanıb

“Barselona” ilə oyunda zədələnən “Sabah”ın futbolçusunun durumu açıqlanıb

İdman

Bu gün, 20:35

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda “Barselona” ilə keçirilən oyunda zədələnən “Sabah”ın futbolçusu Akim Zedadkanın durumuna aydınlıq gəlib.

Klubdan Modern.az-a bildirilib ki, fransalı müdafiəçinin zədəsi ciddi deyil.

Onun noyabrın 28-də “Araz-Naxçıvan”la oyunu buraxmaq ehtimalı çoxdur. Amma ondan sonrakı matçlara hazır ola bilər.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 76-cı dəqiqəsində zədələnən Akim Zedadkanı Tellur Mütəllimov əvəzləyib. Görüş Kataloniya klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sizə yeni x var
Keçid et
Paşinyan Putinin yanına şərtlərlə gedir: Ordunu Gümrüdən çıxart