Modern.az

Azərbaycan - Malta oyununun hakim təyinatları

Azərbaycan - Malta oyununun hakim təyinatları

İdman

2 İyun 2026, 16:43

Futbol üzrə Azərbaycan milli komandasının Malta yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.

AFFA-dan Modern.az-a bildirilib ki, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Mixali Kapralinə laysmanlar Balaş Buzaş və Bençe Belitsa kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tamaş Boqnar yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 5-də Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...