Modern.az

AFFA-dan "Turan Tovuz"la bağlı daha bir məlumat: Onun əvəzinə "Zirə"...

AFFA-dan "Turan Tovuz"la bağlı daha bir məlumat: Onun əvəzinə "Zirə"...

İdman

Bu gün, 17:20

AFFA UEFA-nın "Turan Tovuz"u Konfrans Liqasında iştirak hüququndan məhrum etməsi ilə bağlı qərarına aid daha bir açıqlama yayıb.

Modern.az xəbər verir ki, AFFA-nın məlumatına görə, İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən yekun qərar qəbul edilənə qədər "Turan Tovuz"ın avrokuboklarda nəzərdə tutulan yeri qorunub saxlanılacaq:

"“Turan Tovuz” klubunun UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququndan məhrum edilməsi barədə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var.

CAS tərəfindən yekun qərar qəbul edilənə qədər idman prinsipləri əsasında ölkə çempionatında 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanmış “Turan Tovuz” klubunun avrokuboklarda nəzərdə tutulan yeri qorunub saxlanılacaq. Yalnız CAS-ın verəcəyi qərardan sonra növbəti addımlar müəyyən ediləcək".

Qeyd edək ki, CAS "Turan Tovuz"un xeyrinə qərar verməsə, klubun əvəzinə "Zirə" Konfrans Liqasının 2026-2027 mövsümündə  Azərbaycanı təmsil edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var