Modern.az

“Fənərbağça”nın prezidenti həbs edildi

“Fənərbağça”nın prezidenti həbs edildi

İdman

Bu gün, 14:32

Məhkəmə Türkiyənin “Fənərbağça” klubunun prezidenti Sadettin Saranla bağlı qərar çıxarıb.

Modern.az xəbər verir ki, qərara əsasən, funksionerə “qanunsuz mərc oyunlarına təşviq” ittihamı üzrə 2 il 6 ay müddətinə həbs cəzası verilib.

Məlumata görə, qərar İstanbulda keçirilən məhkəmə iclasında elan olunub. Hadisə ilə bağlı əlavə hüquqi prosedurların davam edə biləcəyi bildirilir.

Qeyd edək ki, Sadettin Saran ötən ilin sentyabrından “Fənərbağça”nın prezidentidir. O, iyunun 6-7-də keçiriləcək prezident seçkilərində namizəd olmayacağını açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna KÜTLƏVİ HÜCUMA başladı - Rusiyada bu yerlər vurulur!