Modern.az

“Qarabağ” yeni qapıçı aldı

“Qarabağ” yeni qapıçı aldı

İdman

4 İyun 2026, 15:00

Bosniya və Herseqovina millisinin və Xorvatiyanın “Riyeka” komandasının qapıçısı Martin Zlomisliç “Qarabağ”a keçir.

Modern.az Xorvatiya mətbuatına istinadla xəbər verir ki, tərəflər arasında razılaşma əldə edilib, transfer yekunlaşmaq üzrədir.

İddiaya görə, Xorvatiya klubu bu transferdən təxminən 500 min avro gəlir əldə edəcək. Qapıçının yaxın günlərdə “Qarabağ”la müqavilə imzalayacağı vurğulanıb.

Qeyd edək ki, Martin Zlomisliçin yeni mövsümdə “Qarabağ”ın heyətində polşalı qapıçı Mateuş Koxalskini əvəzləyəcəyi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı