Modern.az

UEFA İnfantinonun rəhbər seçilməsinə qarşıdır

UEFA İnfantinonun rəhbər seçilməsinə qarşıdır

İdman

27 Avqust 2026, 23:30

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) hazırkı rəhbəri Canni İnfantinonun 2027-ci ilin martında keçiriləcək seçkilərdə namizədliyini dəstəkləməyəcək.

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

"Əgər FIFA-nın hazırkı prezidenti yenə də mandat almağa cəhd edərsə, UEFA üzv assosiasiyaları layiqli alternativlə təmin etmək üçün tərəfdaş konfederasiyaları ilə səylərini birləşdirəcək", - bəyanatda deyilir.

Qeyd edək ki, İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir.

Bu gün jurnalist Rob Harris "X" sosial şəbəkə səhifəsində bildirib ki, UEFA futbol üzrə dünya çempionatının hüquqlarının bir hissəsini özəl investorlara satmaq cəhdlərinə görə İnfantino barəsində cinayət təqibi başlatmağa hazırlaşır.

Daha əvvəl Uels, İsveç, Serbiya və digərlərinin də aralarında olduğu bir neçə Avropa milli federasiyası DÇ-nin hüquqlarının bir hissəsinin satışı ətrafındakı qalmaqal fonunda İnfantinonun namizədliyinə olan dəstəyi geri götürüb. UEFA FIFA yarışlarını boykot etməklə hədələyirdi, nəticədə layihə geri götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!