Azərbaycanın qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.
Modern.az xəbər verir ki, “Turan” D qrupunun ilk turunun səfər oyununda İtaliyada “Savino Del Bene” klubu ilə qarşılaşacaq.
Florensiya şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Qeyd edək ki, “Turan” qrup mərhələsində Türkiyənin “Eczacıbaşı” və Serbiyanın “Tent” komandaları ilə də münasibətlərinə aydınlıq gətirəcək.