Modern.az

“Barselona” Bakıda məşqə çıxıb

“Barselona” Bakıda məşqə çıxıb

İdman

Bu gün, 21:33

UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda Bakıda "Sabah"la qarşılaşacaq "Barselona" klubu oyundan əvvəl məşqə çıxıb.

Modern.az xəbər verir ki, Kataloniya təmsilçisi matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda hazırlıq keçib. Məşqin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah”-“Barselona” matçı saat 21:45-də start götürəcək.

(AZƏRTAC)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı