Modern.az

Birbank mobil tətbiqinə SİMA gəlir - YENİLƏNİB

Birbank mobil tətbiqinə SİMA gəlir - YENİLƏNİB

İqtisadiyyat

Bu gün, 11:04

Birbank mobil tətbiqinə SİMA gəlir.

Modern.az xəbər verir ki, bu barədə “Kapital Bank”ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransında Kapital Bankın Baş Risk İnzibatçısı Ağarza Baxşiyev məlumat verib. 

O qeyd edib ki, bankın qeydiyyat zamanı biometrik identifikasiya — yəni üztanıma texnologiyası SİMA İMZA ilə inteqrasiya edilir. 

“Artıq bu həll məhdud istifadəçi qrupu üçün aktivdir. Yaxın zamanda bu funksionallıq daha geniş istifadəçi bazasına təqdim olunacaq. Bununla da müştərilərimiz ilk qeydiyyat zamanı şəxsiyyətlərini  SİMA vasitəsilə təsdiqləyərək rəqəmsal imza yarada biləcəklər. Növbəti mərhələdə isə SİMA imzanın istifadəsi genişləndirilərək, xüsusilə kredit müraciətləri kimi vacib məhsul və xidmətlərdə tətbiq olunacaq”, - deyə o əlavə edib.

 

***

10:36

2025-ci ildə Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub.

Modern.az xəbər verir ki, bunu “Kapital Bank”ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransında Kapital Bankın İdarə heyətinin sədri Fərid Hüseynov bildirib. 

O qeyd edib ki, ötən il bankın tarixində ilk sindikatlaşdırılmış kredit sazişi imzalanıb. 

“Körfəz regionunun aparıcı bankı olan “Mashreq Bank”la əməkdaşlıq çərçivəsində Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub”.

F.Hüseynov əlavə edib ki, bank həmçinin, ötən il Özbəkistanın ən böyük IT ekosistemi ilə tərəfdaş olub:

“”Uzum” ekosisteminə daxil olan “MAKESENSE” şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayırılıb. Bu əməkdaşlıqla Kapital Bank-ın tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat krediti ayrılıb”.

Bundan başqa, Filip Kotlerin kitabında Birbank haqqında məqalə dərc olunacaq. Kapital Bank-ın rəqəmsallaşmadakı təcrübəsi dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin yeni hazırlanan “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing-EOMM) kitabında yer alacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!