Modern.az

Prokurorluq orqanlarında qadınların sayı artmaqdadır - açıqlama

Prokurorluq orqanlarında qadınların sayı artmaqdadır - açıqlama

Ölkə

Bu gün, 11:34

Azərbaycanda prokurorluq orqanlarında qadınların sayı artmaqdadır. 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq ili” çərçivəsində İmişli şəhərində keçirilən "Memarlıq və şəhərsalma sahəsində dövlət nəzarəti və prokurorluğun rolu" mövzusunda konfrans zamanı Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Talıb Cəfərov bildirib.

T. Cəfərov bildirib ki, son dövrlərdə prokurorluq orqanlarında işə qəbul üçün müraciət edənlər arasında qadınların payı daha yüksəkdir. Bu isə hüquq-mühafizə sistemində gender balansının tədricən dəyişdiyini göstərir.

Qeyd olunub ki, qadınların hüquq sahəsinə marağının artması onların dövlət xidmətində, xüsusilə prokurorluq orqanlarında daha fəal təmsil olunmasına şərait yaradır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!