Modern.az

Ermənistanın mədəni irsimizə nifrəti sərhəd tanımır - faktlar

Ermənistanın mədəni irsimizə nifrəti sərhəd tanımır - faktlar

Ölkə

Bu gün, 12:49

Cənubi Qafqaz regionu tarix boyu müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan kimi tanınıb. Lakin bu zəngin irs üzərində baş verən siyasi və ideoloji proseslər xüsusilə son iki əsrdə bir sıra tarixi abidələrin taleyini mübahisə mövzusuna çevirib. Ermənistan ərazisində Azərbaycan xalqına və qədim Qafqaz Albaniyası dövrünə aid irsin məhv edilməsi və ya mənimsənilməsi ilə bağlı iddialar bu kontekstdə xüsusi yer tutur.

Modern.az xəbər verir ki, müxtəlif araşdırmalar və tarixi mənbələr Ermənistan ərazisində mövcud olmuş Azərbaycan maddi-mədəni irsinin böyük hissəsinin zamanla aradan qaldırıldığını göstərir.

Tarixi mənbələrə görə, indiki İrəvan şəhəri XIX əsrin əvvəllərinədək mühüm Azərbaycan-müsəlman mədəni mərkəzlərindən biri olub. Şəhərdə onlarla məscid, karvansara, hamam və digər memarlıq nümunələri fəaliyyət göstərib.



Araşdırmalarda adı çəkilən Sərdar məscidi, Şah Abbas məscidi və Hacı Novruzəli məscidi kimi abidələrin bu gün mövcud olmadığı bildirilir. Onların ya dağıdıldığı, ya da şəhərsalma dəyişiklikləri nəticəsində aradan qalxdığı qeyd olunur.

Hazırda nisbətən qorunub saxlanılan azsaylı nümunələrdən biri Göy məscid hesab olunur. Lakin mütəxəssislər bildirirlər ki, bu abidə də ilkin görünüşündən fərqli formada təqdim edilir və onun tarixi mənsubiyyəti ilə bağlı mübahisələr davam edir.

Alban məbədlərinin erməniləşdirilməsi:

Qarabağ və ətraf bölgələrdə yerləşən bir sıra qədim xristian abidələri isə başqa bir mübahisənin mərkəzindədir. Azərbaycanlı tədqiqatçılar Qandzasar monastırı, Amaras monastırı, Xudavəng monastırı və Ağoğlan məbədi kimi abidələrin Qafqaz Albaniyası xristian irsinə aid olduğunu bildirirlər.
Bu iddialara görə, sonrakı dövrlərdə həmin məbədlər üzərində aparılan dəyişikliklər nəticəsində onların orijinal xüsusiyyətləri qismən itirilib və ya dəyişdirilib. Bəzi hallarda yazıların və ornamentlərin dəyişdirildiyi, nəticədə abidələrin fərqli kimlik altında təqdim olunduğu vurğulanır.


İşğaldan azad olunmuş ərazilərdə aparılan ilkin araşdırmalar Azərbaycanın zəngin tarixi-mədəni irsinə vurulan ciddi zərərin miqyasını ortaya qoyur. Aparılan inventarlaşdırma nəticəsində 550 abidə və 402 tarixi, memarlıq və arxeoloji əhəmiyyətli obyekt qeydə alınsa da, təhlükəsizlik səbəbindən 155 abidədə bu işləri aparmaq mümkün olmayıb. 



Ümumilikdə isə vəziyyət daha ağırdır: 68 abidə tamamilə dağıdılıb, digərləri isə müxtəlif səviyyədə zədələnib. Bu faktlar göstərir ki, işğal dövründə Azərbaycanın mədəni irsi sistemli şəkildə məhv edilib və ya dəyişdirilib. 
Araşdırmalar onu da göstərir ki, dağıntılarla yanaşı, abidələrin mənimsənilməsi və saxtalaşdırılması siyasəti aparılıb. Xüsusilə, Qafqaz Albaniyasına aid olan dini və memarlıq abidələrinin üzərində dəyişikliklər edilərək onların mənşəyi təhrif olunub. Abidələrin üzərindəki yazılar silinib, memarlıq elementləri dəyişdirilib və onlara yad üslubda əlavələr edilib. 



Məsələn, Hünərli məbədi və Xudavəng monastır kompleksində aparılan müdaxilələr nəticəsində bu abidələr öz ilkin görkəmini xeyli dərəcədə itirib. Divarların sökülməsi, yeni elementlərin əlavə edilməsi, dam və günbəzlərin dəyişdirilməsi, həmçinin daxili interyerə uyğun olmayan əlavələrin edilməsi abidələrin tarixi simasını pozub. Xüsusilə, Xudavəng kompleksində bir çox tikililər ya tanınmaz hala salınıb, ya da tamamilə məhv edilib. 
Bundan əlavə, bəzi hallarda abidələrdən qiymətli əşyalar sökülərək aparılıb. 2020-ci ildə ərazilər boşaldılarkən monastırlardan zənglər, xaç daşları və digər maddi-mədəni nümunələrin Ermənistana daşındığı, sonradan isə sərgilərdə satışa çıxarıldığı qeyd olunur. 

1514579
Bu cür hərəkətlər beynəlxalq hüquqa da ziddir. 1954-cü il Haaqa Konvensiyasına əsasən, silahlı münaqişə zamanı mədəni abidələrin qorunması və onların dəyişdirilməsinin, talan edilməsinin qarşısının alınması əsas öhdəliklərdən biridir. Lakin faktlar göstərir ki, bu tələblər kobud şəkildə pozulub. 

Eyni zamanda, dini abidələr də ciddi təhqir və dağıntıya məruz qalıb. Məlumatlara görə, işğal dövründə mövcud olan 67 məsciddən yalnız biri qismən salamat qalıb, digərləri isə ya tamamilə dağıdılıb, ya da məqsədli şəkildə təhqir edilib.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!