Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün namizədlərini müəyyənləşdirib.
Modern.az-ın məlumatına görə, namizədlər siyahısına MSK-nın hazırkı rəhbəri Məzahir Pənahov də daxil edilib.
MSK üzvü seçilmək üçün YAP-ın namizədlərinin siyahısı Milli Məclisə təqdim ediləcək.
Xatırladaq ki, Məzahir Pənahov 2000-ci il mayın 19-da ölkə başçısının sərəncamı ilə MSK üzvü təyin olunub və həmin gün Komissiyaya sədr seçilib.O, həmin ildən indiyə kimi eyni vəzifəni tutur.
Məzahir Pənahov Prezident tərəfindən "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunub.