Modern.az

Hansı bankımız 274 milyon manat mənfəət qazanıb?

Hansı bankımız 274 milyon manat mənfəət qazanıb?

İqtisadiyyat

22 Aprel 2026, 10:49

Kapital Bank 2025-ci ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub.

Modern.az xəbər verir ki, bu barədə “Kapital Bank”ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına həsr olunmuş mətbuat konfransında Kapital Bankın İdarə heyəti sədrinin birinci müavini Cavid Mirzəyev məlumat verib. 

“2025-ci il üçün konsolidə edilmiş rəqəmlərə əsasən deyə bilərəm ki, bankımız ötən ili olduqca uğurlu bir göstərici ilə – 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub. Bu rəqəm 2024-cü illə müqayisədə 15% artım deməkdir. Təbii ki, istər aktivlərin, istərsə də öhdəliklərin uğurlu idarə edilməsi bilavasitə bankın maliyyə nəticələrində öz əksini tapır. Bankımızın mənfəət və zərər göstəricilərinə nəzər salsaq görərik ki, 2025-ci il ərzində toplam faiz gəlirlərimiz 1 milyard 173 milyon 779 min manat təşkil edib”.

C.Mirzəyev bildirib ki, bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur:

“Bu artımın təməlində həm korporativ, kiçik və orta biznes, həm də fiziki şəxs olan müştərilərimizin sayının əhəmiyyətli dərəcədə çoxalması dayanır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...