Modern.az

4 ölkə Avropa Birliyini dünyanın ən güclü təşkilatı edə bilər - Zelenski

4 ölkə Avropa Birliyini dünyanın ən güclü təşkilatı edə bilər - Zelenski

Dünya

Bu gün, 11:10

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna, Norveç, Böyük Britaniya və Türkiyə Avropa Birliyini dünyanın ən güclü təşkilatına çevirə bilər.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

“Fikrimcə, xeyli daha güclü ola biləcək ittifaq Norveç, Ukrayna, Britaniya və Türkiyənin ittifaqıdır. Bunlar Avropa İttifaqında çatışmayan dörd ölkədir”, – deyə o bildirib.

Zelenski qeyd edib ki, Ukrayna ilə Türkiyə arasında münasibətlər yaxşıdır. Onun sözlərinə görə, bu ölkələr birlikdə Rusiyadan daha güclü orduya sahib ola bilər – “Qara dənizə nəzarətdən başlayaraq hava məkanına nəzarətə qədər”.

O əlavə edib ki, Türkiyə ilə bağlı qanunvericilik, islahatlar və Avropa qanunları baxımından müəyyən suallar var. Eyni zamanda Böyük Britaniyanın Aİ-dən çıxdığını, Norveçin isə Aİ ilə müxtəlif iqtisadi əlaqələrə malik olduğunu xatırladıb. Buna baxmayaraq, o hesab edir ki, bu dörd ölkə birlikdə Aİ-ni dünyanın ən güclü ittifaqına çevirə bilər və ən yüksək təhlükəsizlik səviyyəsini təmin edər.

Prezident eyni zamanda vurğulayıb ki, Ukrayna Aİ-yə üzvlüyə alternativ axtarmır.

“Sadəcə hesab edirəm ki, bu dörd ölkə çox güclüdür və Aİ-ni gücləndirə bilər. Həm də ayrıca olaraq bu dörd ölkə özü də çox güclü bir ittifaq təşkil edə bilər”, – deyə Zelenski əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!