Modern.az

Azərbaycanda 7 milyon manat pulun oğurlanması önlənib 

Azərbaycanda 7 milyon manat pulun oğurlanması önlənib 

İqtisadiyyat

Bu gün, 11:01

Kapital Bank 2025-ci ildə müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manat vəsaitin qarşısını alıb.

Modern.az xəbər verir ki, bunu “Kapital Bank”ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransında Kapital Bankın Baş Risk İnzibatçısı Ağarza Baxşiyev bildirib. 

O, qeyd edib ki, 2025-ci il ərzində bank müştərilərinin 1 milyon 2 min 873 kart  əməliyyatı və 31 min 353 kart hesabı fırıldaqçılıq əməliyyatı ehtimalı olduğu üçün bank tərəfindən bloklanıb:

“Nəticədə vətəndaşlardan oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manatın qarşısı alınıb. O həmçinin qeyd edib ki, 2024-cü illə müqayisədə ötən il  rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı da artıb. Xüsusilə, sosial mühəndislik üsulları vasitəsilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər daha intensiv xarakter alıb. Kapital Bank adından saxta reklam, elan, lotereya xarakterli kampaniya həyata keçirdiyini iddia edən 1000-dən çox veb-sayt və sosial media səhifəsi bloklanıb”, - deyə A.Baxşiyev fikrini tamamlayıb.

O qeyd edib ki, ötən il Birbank mobil tətbiqinə gətirilən yenilik dələduzlarla mübarizədə effektiv nəticə verib.

“Ötən il kiberdələduzluqla mübarizədə atdığımız ən vacib addımlardan biri Birbank mobil tətbiqi ilə bağlı oldu. Biz müştərilərimizə zəng edən şəxsin bankımızın əməkdaşı olub olmadığını yoxlamaq imkanı verdik. Yəni, artıq müştərilərimiz zəng zamanı özünü Kapital Bank əməkdaşı kimi təqdim edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq etmələrini tələb edə bilirlər. Əgər o həqiqən bank əməkdaşıdırsa mobil tətbiqdə bunu təsdiq edən bildiriş alır. Bank əməkdaşı olmayan şəxs isə bu bildirişi göndərə bilmir. Və artıq 10 000 nəfərə yaxın vətəndaşımız bu xidmətdən yararlanaraq dələduzları ifşa edib daha sonra isə məlumat üçün bankımıza zəng ediblər”, - deyə bank rəsmisi əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!