2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında virus olduğu üçün onların Birbank tətbiqini bloklamışıq.
Modern.az xəbər verir ki, bu barədə “Kapital Bank”ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransında Kapital Bankın Baş Risk İnzibatçısı Ağarza Baxşiyev məlumat verib.
“Ötən il bank tərəfindən tətbiq edilən daha bir yenilik - 2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında Birbank tətbiqinin fəaliyyətinə mane olan virus aşkarlanıb. Virusla yoluxan cihazlarda bank tətbiqi bloklanıb”.
***
10:57
1 milyondan çox Kapital Bank müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir.
Modern.az xəbər verir ki, bu barədə “Kapital Bank”ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına həsr olunmuş mətbuat konfransında Kapital Bankın İdarə heyəti sədrinin birinci müavini Cavid Mirzəyev məlumat verib.
O qeyd edib ki, bank 2025-ci ildə aidiyyatı dövlət qurumları və Bakı Kart-la əməkdaşlıq edərək oktyabr ayından etibarən ictimai nəqliyyatda ödənişlərin rəqəmsallaşmasını təmin edib:
"Xüsusən qeyd edim ki, bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Rəqəmlərlə danışsaq müştərilərimizin 1 milyondan çoxu bu həlldən istifadə edir. Bu isə bazar payının 55%-ini təşkil edir”.
***
10:47
Birbank Invest 9 ay ərzində 25 000 000 ABŞ dolları dövriyyə edib.
Modern.az xəbər verir ki, bunu “Kapital Bank”ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransında Kapital Bankın İdarə heyətinin sədri Fərid Hüseynov deyib.
“Bu gün ən dəyərli vəsait hərəkətdə olan, böyüyən və gələcəyə yatırılan vəsaitdir. Biz məhz bu fəlsəfəni rəhbər tutaraq, ötən il Birbank brendlərinə tamamilə yeni bir nəfəs gətirdik və Birbank Invest-i ictimaiyyətə təqdim etdik. PAŞA Kapital İnvestisiya Şirkəti ilə birgə ərsəyə gətirdiyimiz bu layihə Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Qeyd edim ki, bu, həm peşəkarlar, həm də ilk dəfə investisiya dünyasına addım atanlar üçün böyük imkanlar qapısıdır. Biz investisiya mühitini o qədər sadələşdirdik və əlçatan etdik ki, artıq rəqəmlər də öz sözünü deyir”.
O həmçinin vurğulayıb ki, bu gün cəmi 1 dollarla qlobal bazarlara giriş etmək mümkündür:
“İstifadəçilərimiz ABŞ-nin aparıcı şirkətləri və Birja Fondları (ETF) da daxil olmaqla 12 000-dən çox maliyyə alətindən faydalana bilirlər. Bütün bunlar sürətli rəqəmsal qeydiyyat, 7/24 investisiya imkanı, 500 000 dollaradək sığorta və yüksək təhlükəsizlik standartları ilə baş verir. Çox qısa zaman keçməsinə baxmayaraq, artıq 100 000-ə yaxın istifadəçimizin bizə güvənməsi və dövriyyənin 25 milyon ABŞ dollarından çox olması onu göstərir ki, cəmiyyətimiz bu transformasiyaya çoxdan hazır idi", - deyə F.Hüseynov bildirib.
O qeyd edib ki, Birbank tətbiqində çata ünvanlanan müraciətlərin 70%-i süni intellekt vasitəsiylə cavablandırılır.
Fərid Hüseynov bildirib ki, 2025-ci ilədək Birbank çatına ünvanlanan müştəri sorğularının emalı 40%-dən 70%-ə yüksəlib.
“Bu artım müştərilərin məmnuniyyət nəticələrinin də 75%-ə yüksəlməsinə səbəb olub. “Yeni nəsil "AI-agent" əsaslı çat həllərimiz vasitəsilə müştərilər artıq bir çox əməliyyatları müstəqil şəkildə icra edə bilirlər - kartların blokdan çıxarılması, əməkhaqqı avansı, nağd kredit və ya kredit kartı üçün müraciət kimi xidmətlər artıq operator müdaxiləsi olmadan həyata keçirilir”.
F.Hüseynov əlavə edib ki, rəqəmsallaşma trendini daxili əməliyyatlarımızda da tətbiq edirik:
“Nümunə olaraq desəm robotik avtomatlaşdırma (RPA) texnologiyası vasitəsilə 2025-ci ildə 8 departamentimiz üzrə 46 biznes prosesini avtomatlaşdırmışıq və bu, bizə 93 min saatlıq manual iş yükünə qənaət etmək imkanı yaradıb", - deyə o qeyd edib.