Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibinin formalaşdırılması və rəhbərliyə kimin seçiləcəyi ilə bağlı müzakirələr davam edir. Şuranın hazırkı rəhbərliyində təmsil olunan üzvlərin bir qismi, o cümlədən Rəşad Məcid namizədliyini verməməsi diqqətçəkən məqamlardandır.
Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, İdarə Heyətinin 23 üzvündən 13-ü seçki bülletenlərinə namizəd kimi daxil edilsələr də, seçkidə iştirak etməmək qərarına gəlib:
“Burada əsas məqsəd Mətbuat Şurasında gənclərə, yeni medianın nümayəndələrinə yer verməkdir. Mən 23 ildir Mətbuat Şurasının İdarə Heyətinin üzvüyəm, dörd ildir sədrlik edirəm. Sabah da bütün iclası aparacağam. Yeni İdarə Heyətinə seçilənlərə uğurlar arzulayacağıq. Hesab edirəm ki, onlar bu çevik proseslərdə Mətbuat Şurasının fəaliyyətini uğurla davam etdirəcəklər”.
R.Məcid sədrlik uğrunda namizədlərin də çox olduğunu bildirib.
"İdarə Heyəti öz sədrini seçəcək. Yeni sədrə və üzvlərə uğurlar arzulayacağıq".