Modern.az

Əkrəm Əylisli prokurorluğa çağırılıb

Əkrəm Əylisli prokurorluğa çağırılıb

Hadisə

5 Sentyabr 2016, 18:46

Yazıçı Əkrəm Əylisli Bakı şəhər Prokurorluğuna çağırılıb.

 

Vəkil Elçin Sadıqov APA-ya açıqlamasında sentyabrın 6-da prokurorluğa dəvət olunduqlarını bildirib.

 

Qeyd edək ki, Ə. Əylisli martın 30-da Heydər Əliyev beynəlxalq havalimanında saxlanılıb, sonra isə sərbəst buraxılıb. 

 

Onun barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib. Yazıçıya qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə qaldırılmış cinayət işi sonradan Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib.

 

Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır