“Turan” İnformasiya Agentliyində mərhum fotoqraf Elxan Kərimovun yeri tutulub. Modern.az-ın məlumatına görə, “Turan”da fotoqraf şatatı artıq tutulub. İndiyədək Reportyorların Təhlükəsizliyi və Azadlığı İnstitutunda (RATİ) işləyən fotoqraf Etimad Budaqov artıq rəsmən “Turan”da çalışır. Məlumatı Modern.az-a adı çəkilən agentlikdən veriblər.
“Turan”ın tanınmış fotoreportyoru Elxan Kərimov ötən il dekabrın 19-da evində ürəktutmasından dünyasını dəyişib. O uzun müddət idi ki, bu agentlikdə çalışırdı.
Mail Ağaxanov