Arxiv
25 Oktyabr 2017, 15:57 | HADİSƏ
Azərbaycanda vəkil qıtlığı yaranacaq  

“Azərbaycanda Nümayəndəlik institutunu ləğv etməyə hələ ki, ehtiyac yoxdur. “Vəkil və vəkillik fəaliyyəti haqqında”qanuna təklif edilən dəyişikliyə əsasən, hüquqi şəxslər yenə də nümayəndəlik institutunun fəaliyyətindən yararlana biləcək. Nümayəndəlik institutunun xidmətindən fiziki şəxslər yararlana bilməyəcək. Yəni fiziki şəxslərlə bağlı bütün məhkəmə çəkişmələrində ancaq vəkillər iştirak edə biləcək, nümayəndələr deyil”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinbin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında deyib.

 

Deputat bildirib ki, qanuna nəzərdə tutulan dəyişiklik  Azərbaycanda vəkil qıtlığı yaranmasına yol açacaq.

 “Bu gün Azərbaycanda vəkillərin sayı Avropa ölkələri ilə müqayisədə dəfələrlə azdır və bu, istər-istəməz müəyyən problemlər yaradacaq. Vəkil çatışmazlığı problemini orataya çıxaracaq. Bu gün Azərbaycanın elə rayonu var ki, orada ümumiyyətlə vəkil fəaliyyət göstərmir və yaxud da həddən artıq azdır. Qanuna dəyişikliklər qəbul olunduqdan sonra fiziki şəxslər məhkəməyə müraciət zamanı ərizə yazmaq və ya iddia qaldırmaq üçün vəkil tutmalı olacaq və bu da bir sıra problemlər yaradacaq. Çünki bölgələrdə vəkillər həddən artıq azdır. O zaman vətəndaş digər rayonlarda fəaliyyət göstərən vəkillərə müraciət etmək zorunda qalacaq ki, bu da əlavə problemlər yaradacaq. Ona görə ki, heç də əhalinin bütün təbəqəsi vəkil tutmaq və onun xidmətindən yararlanmaq imkanına malik deyil. Onların imkanı buna yol vermir. Bu da öz növbəsində bir sıra problemlərə yol açacaq. O baxımdan mən əhalinin aztəminatlı təbəqəsi üçün dövlət hesabına vəkillərin tutulmasını təklif etdim. Hesab edirəm ki, bu mütləq lazımdır”.

 

Deputat bildirib ki, qanunvericilikdə vətəndaşın hələ də müstəsna hallarda dövlət hesabına vəkillə təmin olunmaq hüququ var.

“Lakin vəkillərin müdafiəçilərə keyfiyyətsiz xidməti və digər neqativ hallara gəldikdə, bunları inkar etmək olmaz. Bir çox hallarda vəkillər konyukturya əl ataraq qarşı tərəfin mükafatı nəticəsində müdafiəçisini deyil, qarşı tərəfi haqlı çıxarmağa çalışır. Belə hallar olub və bu gün də var. Bu və ya digər xoşagəlməz halların qarşısını almaq üçün vəkillik institutunun məsuliyyəti artırılmalı, peşəkarlıq, xidmət səviyyəsi yüksəldilməlidir. Həm vəkillərin sayının artırılması, həm peşəkarlıq, həm xidmət səviyyəsinin artırılması, həm də digər neqativ halların qarşısının alınması, məsuliyyət yükünün artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir. Əks təqdirdə ciddi problemlər ortaya çıxacaq”.

 

Qeyd edək ki, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər gündəlikdən çıxarılıb. Spiker Oqtay Əsədov buna qanun layihələrindəki çatışmazlığı səbəb göstərib. Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna təklif olunan dəyişiklik nümayəndəlik institutunun qadağan olunması ilə bağlıdır.

 

Ali Məhkəmənin sədri tərəfindən oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edilib. Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - TƏFƏRÜAT 24 May 2019, 16:51 Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır 24 May 2019, 16:33 Çilinin tanınmış saytı Naxçıvandan yazdı 24 May 2019, 16:31 Deputatlar prezidenti məhkəməyə verdilər 24 May 2019, 16:26 İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ 24 May 2019, 16:23 Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır” 24 May 2019, 16:06 “Nar”-ın da dəstəyilə ADA-da uğurlu innovativ layihələr seçilib   24 May 2019, 16:03 Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı 24 May 2019, 15:57 Böyük Britaniyanın yeni baş nazirin adı məlum olacaq 24 May 2019, 15:49 Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?   24 May 2019, 15:43 Goranboyun başçısı kümçülərlə görüşdü 24 May 2019, 15:40 Sabah karatenin əlbəyaxa döyüş növü üzrə peşəkarların mübarizəsidir - VİDEO 24 May 2019, 15:31 Müəllimi döydülər - Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi 24 May 2019, 15:06 Dünyada vəziyyət gərginləşir” - Prezidentin  iftardakı çıxışı - MƏTN 24 May 2019, 15:00 Arif Rəhimov Formula 1-in Bakıya qazandırdıqlarından danışdı   24 May 2019, 14:51 Araz Əlizadə Ayaz Mütəllibovla düşmənçilik edir? - AÇIQLAMA 24 May 2019, 14:39 Bakı Mühəndislər Universitetində “Mənim Azərbaycanım” SƏRGİSİ - FOTOLAR   24 May 2019, 14:39 109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr 24 May 2019, 14:30 “Arsenal” - “Çelsi”: Finalda kimi dəstəkləyəcəksiniz: - Tanınmış azarkeşlər CAVAB VERDİ 24 May 2019, 14:23 Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 24 May 2019, 14:21 Əhməd bəy Ağaoğlu mükafatı sahiblərinə - tərcüməçilərə təqdim edildi - FOTO 24 May 2019, 14:04 Sosial şəbəkələr “titrədi” – Zəlzələ xəbəri təsdiqlənmədi 24 May 2019, 14:02 Ali məktəblərə builki keçid balları aşağı salına bilərmi? - Rəsmi CAVAB 24 May 2019, 13:38 Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI 24 May 2019, 13:29 Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06 Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”   24 May 2019, 13:04 Əkrəm İmamoğlu CHP-nin tərzinə uyğun gəlmir - “23 iyundan sonra ulduzu parlaya da bilər, sönə də... 24 May 2019, 13:01 Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq 24 May 2019, 12:58 Poroşenkonun adı partiyasından götürülür 24 May 2019, 12:55 Vitse-spiker Valeh Ələsgərov: “Bir çox iqtisadçı “Əsrin müqaviləsi”nə qarşı ÇIXIR 24 May 2019, 12:44 Həkim planşet, telefon və televizorlarla bağlı valideynlərə çağırış etdi 24 May 2019, 12:39 Vikipediya-da Cavad Heyət haqda məlumata düzəliş olundu 24 May 2019, 12:37