Modern.az

Gömrükdəki məşhur general işdən çıxarıldı

Gömrükdəki məşhur general işdən çıxarıldı

Ölkə

29 May 2018, 14:15

Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzovun işdən çıxarıldığı haqda xəbər yayılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətinin rəhbəri Natiq Axundov Modern.az-a xəbəri təsdiqləyib. Bildirib ki, Vüsal Novruzov sərəncama götürülüb.

Artıq Bakı Baş Gömrük İdarəsinin rəhbərliyinə yeni təyinat da gerçəkləşib. Bu vəzifəyə İsmayıl Hüseynov gətirilib. İ.Hüseynov bu təyinatadək Avtonəqliyyat  Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Qeyd edək ki, gömrük xidməti general-mayoru Vüsal Novruzovun adı uzun müddətdir bir çox qaranlıq işlərdə hallandırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü