Modern.az

Rusiyada Azərbaycan icmasının rəhbəri vəfat etdi

Rusiyada Azərbaycan icmasının rəhbəri vəfat etdi

Allah rəhmət eləsi̇n

1 İyun 2018, 14:04

Rusiya Federasiyasının Orenburq vilayətindəki Azərbaycan icmasının rəhbəri Ələddin Məmmədov bu gün 52 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında doğulan Ələddin Məmmədov Moskva Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil alıb. O, uzun illərdir Rusiyada yaşayıb və sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

 

Ə.Məmmədov Azərbaycan diasporunun fəallarından idi. Onun rəhbərlik etdiyi təşkilat – Orenburq Azərbaycanlıları Milli Konqresi Azərbaycan mədəniyyətinin, ənənələrinin təbliğinə, xalqlar arasında dostluq münasibətlərinin gücləndirilməsinə töhfələrini verib.

 

Diasporla İş üzrə Dövlət Komitəsi Ələddin Məmmədovun vaxtsız vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verir, yaxınlarına səbr diləyir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü