Modern.az

Eldar Əzizovdan Meriya binasının köçürülməsi xəbərinə REAKSİYA: “Maraqlı məlumatdır” - FOTO  

Eldar Əzizovdan Meriya binasının köçürülməsi xəbərinə REAKSİYA: “Maraqlı məlumatdır” - FOTO   

Hadisə

7 Oktyabr 2018, 09:20

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının köçürülməsilə bağlı məlumatlar dolaşmaqdadır. 

 

İcra Hakimiyyətindəki mənbənin Modern.az-a verdiyi məlumata görə, bir müddət sonra Meriyanın Bakı şəhəri, İstiqlaliyyət küçəsi 18-də (“İçərişəhər” metrostansiyasının yaxınlığında) yerləşən binasının köçürüləcəyi gündəmdədir. Hətta Meriyanın yeni binasının yeri də artıq müəyyənləşib. Bunun üçün ən münasib yer olaraq “Qış parkı”nın yaxınlığı seçilib.

 

Bakı Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov məsələ ilə bağlı Modern.az-ın sualını cavablandırıb.

O bildirib ki, Meriyanın köçürülməsilə bağlı məlumatı yeni eşidir:

“Bu barədə ilk sizdən eşidirəm. Amma istənilən halda çox maraqlı məlumatdır. Dəyərləndirmək olar”.


Deyirlər Meriya bu binaya köçə bilər...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı