Modern.az

Diaspor Komitəsi yeni layihəyə start verib

Diaspor Komitəsi yeni layihəyə start verib

11 Oktyabr 2018, 12:51

Diasporla İş üzrə Dövlət Komitəsiyeni layihəyə - “Sabahın xeyir, Azərbaycan” videolayihəsinə start verilib.

 

Komitədən Modern.az-a verilən məlumata görə hər səhər müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, xüsusilə gənc soydaşlarımız videoçarxlar vasitəsilə Vətəni - Azərbaycanı salamlayacaq.

 

Layihənin məqsədi dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir.

 

Diaspor gənclərinin böyük marağına səbəb olan videoçarxlarıDövlət Komitəsinin rəsmi sosial şəbəkə (//www.facebook.com/AzDiaspora/, //twitter.com/DiasporaAz, //www.instagram.com/diasporaaz/) ünvanlarından və Diaspor TV-dən izləmək mümkündür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı