Modern.az

Deputat növbəti tədbirlərdə (FOTOLAR)

Deputat növbəti tədbirlərdə  (FOTOLAR)

Parlament

21 Oktyabr 2011, 11:45

Deputat Novruz Aslanovun İsmayıllı rayon seçiciləri ilə görüşləri kəndlərdə rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov və onun aparatı ilə birgə davam edir.

Oktyabrın 20-də millət vəkili Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna səfər edib. Bu dəfə rayonunun Soltankənd kəndində rayon İcra Hakimiyyətinin başçısı və yerli strukturların rəhbərlərinin iştirakı ilə birgə seçicilərin qəbulu təşkil edilib. Qaldırılan məsələlər əsasən kəndin köhnəlmiş işıq dirəklərinin dəyişdirilməsi,  təbii qazın verilməsi və kəndin yolu ilə bağlı olmuşdu. Məlumat üçün bildirək ki, kəndin su məsələsi həll edilib.

“Qaldırılan məsələlər barədə müvafiq hökumət strukturlarına müraciətlərin edilməsi nəzərdə tutulub. Kənddəki görüşdən sonra İsmayıllı şəhərində yerləşən 1 saylı orta məktəbin həyətində yeni mini futbol meydançasının açılış mərasiminə qatılan millət vəkili gələcəkdə  də gənc və yeniyetmələrin idmana olan həvəslərini artırmaq məqsədilə belə meydançaların açılacağını vurğulayıb”-deyə deputatın qərargahından məlumat verilib.







Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır