Modern.az

Qətər son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

Qətər son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

İdman

14 İyun 2026, 01:08

Futbol üzrə dünya çempionatının qrup mərhələsində Qətər və İsveçrə milli komandaları qarşılaşıb.

Modern.az xəbər verir ki, B qrupunda keçirilən görüş gərgin mübarizə şəraitində keçib.

Oyunda hesab 17-ci dəqiqədə açılıb. İsveçrə millisinin hücumçusu Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda önə çıxarıb.

Qarşılaşmanın sonlarına qədər üstünlüyünü qoruyan İsveçrə qələbəyə çox yaxın olsa da, Qətər son anda məğlubiyyətdən yayınmağı bacarıb. Oyuna əlavə edilmiş 4-cü dəqiqədə Bualem Xuhi rəqib qapısına yol taparaq hesabı bərabərləşdirib.

Beləliklə, Qətər və İsveçrə milliləri meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıblar. Bu nəticə ilə komandalar qrup mərhələsində hərəyə bir xal qazanıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?