Arxiv
26 Yanvar 2019, 09:39 | DİASPOR
Azərbaycanın Əməkdar artisti niyə Amerikaya köçdü? - Həyat HEKAYƏSİ  

Bütün gəncliyini milli rəqsimizə həsr edib. Çox tədbirlərə öz məharəti ilə rəng qatıb. Respublikanın əməkdar artisti fəxri adına layiq görülüb. Sonda taleyinə qürbətdə yaşamaq payı düşüb.

Minbir əziyyətə qatlaşıb, hər şeyi yenidən başlayıb və nəhayət ki, ayağa qalxa bilib, uğurlara imza atıb. Bu gün Kaliforniya ştatının Los Anceles şəhərində şəxsi mülkiyyət üzrə supervayzer vəzifəsində çalışır. Tabeliyində 14 menecer işləyir, 36 binaya nəzarət ona tapşırılıb. Bu binalarda 1500-ə yaxın ailə yaşayır…

Haqqında söhbət açdığım Namus Zöhrabov 1959-cu ildə Bakıda dünyaya gəlib. 1972-ci ilədək 167 nömrəli məktəbdə oxuyub. 5-ci sinfi bitirdikdən sonra indiki Bakı Xoreoqrafiya Akademiyasına qəbul olunub. 1975-ci ilədək oranın xalq rəqsləri şöbəsində təhsil alıb...

Rəqsə Bakı Pionerlər Evində Böyükağa Məmmədovun rəhbərliyi altında "Cücələrim" ansamblında başlayıb. Sonradan müxtəlif mədəniyyət evlərində fəaliyyət göstərən rəqs dərnəklərinin üzvü olub. 1974-1975-ci illərdə Qorxmaz Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında çalışıb. 1975-ci ildə Tanxo İzrayilovun Dağıstanda rəhbərlik etdiyi "Ləzqinka" Dövlət Rəqs Ansamblına dəvət alıb. 1977-ci ilədək bu heyətdə çıxışlar edib. 1977-ci ildə Leyla Vəkilovanın təkidi ilə yenidən işlədiyi ansambla qayıdıb, 1995-ci ilədək orada çalışıb. 

Arada iki il əsgəri xidmətini keçib. Eyni zamanda, 1991-1995-ci illərdə Rəşid Behbudov adına mahnı teatrının rəqs qrupuna rəhbərlik edib. 1986-cı ildə əməkdar artist fəxri adına layiq görülüb...

1982-1995-ci illərdə elə bir dövlət konserti olmayıb ki, Namus Zöhrabov orada çıxış etməsin. 1992-1995-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsinin tələbəsi olub.

1995-ci ildə təhsilini yarımçıq qoyaraq ABŞ-a gəlib.

1996-cı ildə "Green card" adlanan lotereya vasitəsi ilə Amerikada yaşamaq hüququ qazanıb. Bir il kompüter kurslarına gedib, iki il Kaliforniyadakı WEST LA kollecində təhsil alaraq daşınmaz əmlak üzrə mütəxəsis ixtisasına yiyələnib...

…Üç ovlad böyüdüb- böyük oğlu Rüfətin 39, qızı Rəqsanənin 23, kiçik oğlu Nadirin isə 19 yaşı var. Ömür-gün yoldaşı Olqa Zöhrabova Bakı ruslarındandır. 1986-1991-ci illərdə Krosnadar İncəsənət Akademiyasında təhsil alıb. O da həyat yoldaşı kimi Azərbaycan Dövlət Rəqs Ansamblında çalışıb…

…2003-2010-cu illərdə ölkəmizin Los Ancelesdəki konsulluğunun keçirdiyi bütün bayram tədbirlərində milli rəqslərimizlə çıxış edib…

…2002-2010-cu illərdə həmçinin milli rəqsimiz vasitəsi ilə ABŞ-da "Rəqs terapiyası" adlanan müalicə kurslarını da aparıb. Burada o, rəqs vasitəsi ilə sümük xəstəliklərindən əziyyət çəkən insanların müalicəsilə məşğul olub…

…İldə iki dəfə səyahətə çıxır. Bir sıra Avropa ölkələrini gəzib… 

Biz onunla danışanda telefonları susmaq bilmirdi. İşi ilə bağlı zənglər o qədər çox idi ki,- "Ölməyə belə vaxtım yoxdur"- deyə zarafat da etdi…

Deyir ki, "Doğrudur, musiqi və rəqs mənsub olduğu ölkəni təmsil edə bilir. Amma rəqs daha irəlidədir. Çünki əcnəbilər musiqimizi dinləyərkən hörmət xatirinə məmnun qaldıqlarını göstərsələr də, onu anlamaqda çətinlik çəkə bilərlər. Rəqs isə izaha ehtiyacı olmayan sənətdir. Bir xalqın mədəni dəyərlərini hərəkətlər vasitəsi ilə ifadə edə bilir"…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55