Arxiv
7 Fervral 2019, 13:41 | HADİSƏ
Tanınmış həkim hamilə qadınları kürt yatan toyuğa, kişiləri xoruza bənzətdi

Uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl abort haqqında maraqlı yazı ilə çıxış edib.

 

Modern.az-ın məlumatına görə,  həkim abort tərəfdarı olduğunu deyib:

 

“Başdan söyləyəcəm. Mən abort tərəfdarıyam. Hətta artığını söyləyəcəm. Məncə, bətnindəki cənini (yəni hələ insan sayılmayan o canlını) xaric etmək (əslində isə öldürmək) qadının haqqıdır. Əslində ciddi problem ilə qarşı-qarşıya qalmışam. Heç kəsin, hətta istənməyən hamiləliyin sonlanmasını, kiminsə zərər görməsini istəmirəm. Amma... Amma qarşımızda bir qadın var. Təsadüfən və ya bəlkə də istəyərək qarnındakından qurtulmaq istəyir. Nə edərsiniz? Baxın, ağır söz söyləyəcəm, amma mən hamilə qadınları həmişə kürt yatan toyuğa oxşatmışam. Kişiləri isə həmişə xoruza bənzədirəm - əvəz-əvəz oldu deyəsən. Kürt toyuq əvvəlki toyuq deyil. Aqressivdir. Kürt toyuq xoruzdan daha güclüdür. Yumurtasını qorumaq üçün köpək ilə belə savaşıb. Şahidi olmuşam. Əgər belə əhval-ruhiyyədə olan bir qadın o yumurtadan - qarnındakından qurtulmaq istəyirsə, inanın asan deyil. Kənardan ağıl verməyə nə var ki”.

 

Vasif İsmayıl yazısında qeyd edib ki, istənməyən hamiləliyə israr etməklə qadınlara zülm edilir:

 

“Qadınların abort haqqı olmalıdır. Onlar anlıq axmaqlıqlarının, anlıq düşüncələrinin, nəhayət təcavüzün əsirinə çevrilməməlidirlər. Amma biz bətndəki övladı da düşünməliyik deyilmi? Mən həmişə abort tərəfdarı olmuşam. Sözlərimi bu səpkidə qiymətləndirin. Zatən təbabətdə hamilə qadının həyatına təhlükə yarandımı, “övladı öldür” prinsipi işləyir. Elə zalım bir sənətin yiyəsiyəm. Amma həmişə düşünmüşəm....Görəsən ana bətnindəki uşaq ağrı hiss edirmi?

 

Qısa deyəcəm. Hiss edir. Bir insan doğulduğu an insan olmur. Anasının qarnında insan olur. Məhz ona görə hamilə qadına mərhəmətlə yanaşmaq lazımdır. Ana bətnindəki cənin hər şeyi hiss edir.Lakin həmişə hiss etmir. Bir canlının ağrı hiss etməsi üçün onun özünü qavraması lazımdır. Mən varam deməsi lazımdır. Bunu isə ana bətnindəki övladda qandakı stress hormonlarının səviyyəsi ilə müəyyən edirlər. Sizlər hirslənəndə qanınızda kortizol artır, adrenalin artır və s. deyil mi? Ana bətnindəki övladda da eynisi baş verir.

 

Alimlər ana bətnində stress reaksiyasının baş verməsinə lazım olan zamanı 18-20 həftə olaraq hesablayıblar. Bundan sonra edilən abortlarda cənin artıq özünü anlayır və ona qarşı edilən hər hərəkətə reaksiya verir. BMT-yə görə ana bətnindəki 500 qramlıq cənin artıq vətəndaş sayılır. Təbabətə görə də. Cənin 500 qrama elə 20 həftəliyində çatırmış. Həyatda səhv etdiyinizi düşünürsünüz? İki ayına qədər vaxtınız var. Sonra artıq öz problemlərinizi həll etmirsiniz, adam öldürürsünüz”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu avropa ölkəsi avrodan imtina edir 27 May 2019, 00:57 Ukraynada fövqəladə vəziyyət 27 May 2019, 00:44 Əsəd ordusu bazarı bombaladı 27 May 2019, 00:21 Türkiyə Gürcüstan hərbi əməkdaşlığı müzakirə edilib 27 May 2019, 00:02 Bolqarıstanda təyyarə qəzası 26 May 2019, 23:43 Əfqanıstanda 19 terrorçu məhv edildi 26 May 2019, 23:17 Müsavat Partiyası Gənclər Təşkilatının sədri istefa verdi 26 May 2019, 22:57 Məcburi köçkün məktəblərində elektron təhsil resursları təbliğ edildi 26 May 2019, 22:38 Elinanın ölümündə adı hallanan Xalidə Bayramova vəzifəsini itirdi 26 May 2019, 22:34 Ağır qəzada 9 polis yanaraq öldü 26 May 2019, 22:26 Təyyarəyə gecikən nazir istefa verdi 26 May 2019, 22:03 Bakı-Tbilisi-Qars dəmiryolu ilə avqustda sərnişin daşınacaq 26 May 2019, 21:47 NASA adını Marsa göndərənləri açıqladı 26 May 2019, 21:28 Sumqayıtın sabiq icra başçısı vəfat etdi 26 May 2019, 21:21 Mir Şahin gizli videoarxivi açdı - VİDEO 26 May 2019, 21:11 Yararsız estakadadan dənizə düşən balıqçı xilas edildi 26 May 2019, 21:11 Fikrət Qoca adamyeyənlərin arasında da olub... 26 May 2019, 21:02 Üç fransıza ölüm cəzası verildi 26 May 2019, 20:52 Gürcüstanda bayram tədbiri dağıldı - SƏBƏB 26 May 2019, 20:36 Zəlzələ 15 binanı dağıtdı: 1 ölü, 11 yaralı 26 May 2019, 20:19 Bakıdan Qəbələyə dəmiryolu ilə 3 saata çatmaq olacaq 26 May 2019, 20:03 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 26 May 2019, 19:24 “Babam Mədət Qulubəyli Xalq Cümhuriy­yətinin xəfiyyəsi olub” – DTX sədri 26 May 2019, 19:00 Gimnastlarımız Avropa çempionu oldular 26 May 2019, 18:58 Bakıda gənc qız və oğlan özlərini binadan atıblar 26 May 2019, 18:45 Bu qidalar stresi aradan qaldırır – Mütəxəssis açıqlayıb 26 May 2019, 17:57 Gürcüstan baş nazirindən “Keşikçidağ” bəyanatı 26 May 2019, 17:46 Həsən Ruhani İlham Əliyevə məktub göndərdi 26 May 2019, 17:34 “Azərbaycan və Gürcüstan əməkdaşlığının daha da güclənəcəyinə ümid edirəm” - Elmar Məmmədyarov 26 May 2019, 17:25 Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir   26 May 2019, 17:17 Laricani yenidən spiker seçildi   26 May 2019, 16:59 Azad Rəhimov CNN-ə müsahibə verdi: “Mxitaryanın dalınca qırıcı göndərməliyik?” (VİDEO) 26 May 2019, 16:49 Yardımlıda 2 mərtəbəli ev yanıb 26 May 2019, 16:32 Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi 26 May 2019, 16:17 Dənizdə köməksiz qalan balıqçı xilas edildi 26 May 2019, 16:11