Arxiv
10 mart 2019, 10:24 | DİASPOR
Nyu Yorkda yaşayan Azərbaycan yəhudisinin Amerikaya köçmək istəyənlərə tövsiyəsi

Bir vaxtlar Azərbaycana pənah gətirən yəhudi xalqı bu diyarda gördükləri isti münasibəti, xoş rəftarı heç zaman unutmurlar. Harada yaşasalar da, Azərbaycanı təbliğ edir, soydaşlarımıza sevgi ilə yanaşırlar. Yakov Abramov da miliyyətcə yəhudidir, 24 ildir ki, Nyu Yorkda yaşayır. Amma Azərbaycanla nəfəs alır, necə deyərlər, bütün varlığı ilə bu məmləkətə bağlı insandır.

O, 1955-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində dünyaya gəlsə də, 1973-cü ildə Bakıdakı 18 nömrəli orta məktəbi bitirib. 1973-1978-ci illərdə indiki Azərbaycan Texniki Universitetinin nəqliyyat fakültəsində ali təhsil alaraq mühəndis ixtisasına yiyələnib. Bir müddət o vaxtki Avtomobil Yolları Tikintisi və İstismarı Nazirliyinin elmi-tədqiqat laboratoriyasında mühəndis, sonra isə şöbə müdiri vəzifələrində çalışıb. 1983-1986-cı illərdə Moskvada SSRİ Nəqliyyat və Tikinti Nazirliyinin elmi-tədqiqat institutunun aspiranturasında təhsil alıb. 1988-ci ildə geriyə dönərək, 1995-ci ilədək indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin avtomobil yolları kafedrasının laboratoriyasına rəhbərlik edib. 1995-ci ildən ABŞ-da yaşayır. İlk illər burada mühəndisliklə bağlı müxtəlif ixtisasartırma kurslarında oxuyub. 1998-ci ildən "Ammann & Whitney" şirkətinin tikinti üzrə layihələr və təftiş şöbəsində çalışır…

…Ömür-gün yoldaşı Həvva xanım ixtisasca fizoterapevtdir. Böyük oğlu Orxanın 34 yaşı var, Amazon online satış şirkətində işləyir. Qızı Dinarə isə marketinq üzrə təhsil alıb və həmin sahədə çalışır...

Yakov Abramov deyir ki, - "Biz ABŞ-a gələndə burada azərbaycanlılar çox az idi. Daim axtarırdım, günlərin birində əlimə "Azərbaycan" adlı bir jurnal keçdi. Arxasına baxıb orada qeyd olunan telefona zəng etdim. Bir sıra məlumatları alandan sonra, çox qısa bir zamanda, ötən əsrin 50-ci illərindən fəaliyyətdə olan "Amerika Azərbaycanlıları Asossasiyası"nın prezidenti Tomris Azəri ilə yaxından tanış oldum. Artıq 22 ildir ki, bu təşkilatla əməkdaşlıq edirik. Ümumiyyətlə, Tomris Azərinin Azərbaycanın Amerikada tanıdılmasında böyük xidmətləri var"…

...Yeri gəlmişkən, Amerikada olduğum bu nüçə ildə müşahidələrimin nəticəsini qeyd etməsəm insafsızlıq olar. ABŞ-da vətənimizlə bağlı onlarla təşkilat var. Tomris xanımın rəhbərlik etdiyi asossiasiya bu təşkilatların hamısından əvvəl yaranıb. İndiyədək çox işlər görüb, Azərbaycan naminə xeyli layihələrə imza atıb. Necə deyərlər, bu mükəmməl cəmiyyət soydaşlarımızın ABŞ-da yaratdığı bütün qurumların anasıdır və yerli hakimiyyətlə, etnik təşkilatlarla sıx əlaqəsi var...

Yakov Abramov XXI-ci əsrin ilk illərində bir neçə soydaşı ilə birlikdə "Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi"ni yaradır. Və bu mərkəz icma tədbirləri ilə yanaşı, Azərbaycanla bağlı tədbirlər də keçirməyə başlayır. Bir müddət sonra tədbirlərin miqyasını böyüdərək konfranslar, filmlərin nümayişi, Azərbaycan rəssamlarının sərgiləri, bəstəkarlarımıza həsr olunan gecələr və s. mədəni-kütləvi tədbirlər həyata keçirir. Söylədiyinə görə, həmin tədbirlərə ölkəmizin BMT-dəki rəsmiləri həmişə dəstək olublar. 2003-cü ildən işıq üzü görən, Azərbaycan, rus, ingilis dillərində məqalələrlə vətənimizi tərənnüm edən "Yeni Üfüqlər" qəzeti bu gün də oxucuları tərəfindən sevilə-sevilə oxunur. Hər beş ildən bir Bakıda keçirilən dünya azərbaycanlılarının qurultayında iştirak edir...

Hazırda Azərbaycan dilinin tədrisi layihəsi üzərində işləyir. İstəyir ki, ABŞ-da yeni gələn nəsillər ana dilimizi unutmasınlar, bu dildə sərbəst danışmağı bacarsınlar. Arzulayır ki, "Qarbağ şikəstəsi" tezliklə Şuşa qalasında səslənsin. Amerikaya köçmək istəyənlərə isə tövsiyəsi belə oldu: "Hər kəs öz seçimində azaddır. Gəlsinlər, amma milli kimliklərini, soyköklərini unutmasınlar"…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55