Modern.az

Almaniyadakı azərbaycanlılarla bağlı qalmaqala Koordinasiya Şurası AYDINLIQ GƏTİRDİ

Almaniyadakı azərbaycanlılarla bağlı qalmaqala Koordinasiya Şurası AYDINLIQ GƏTİRDİ

Diaspor

23 Mart 2019, 22:11

Almaniyanın Köln şəhərində təşkil olunan Novruz şənliyində narazılıq yaranması barədə məlumat yayılıb.

Yayılan məlumata görə, bir neçə gün əvvəl Novruz şənliyi təşkil etmək üçün Avropada yaşayan azərbaycanlılardan pul toplanıb. Ancaq kifayət qədər vəsaitin yığılmasına baxmayaraq, vəd olunan masa təşkil olunmayıb. Bundan başqa Bakıdan Almaniyaya gedən sənətçilərin də qonararı yarımçıq verilib.

Buna görə də təşkilatçılarla tədbirə qatılan insanlar arasında mübahisə düşüb.

 

Məsələ ilə bağlı Almaniyadakı Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev  Modern.az-a  münasibət bildirib.

"Almaniyanın Köln şəhərində təşkil olunan Novruz şənliyində hər hansı narazılığın  yaranması barədə məlumatım yoxdur. Belə bir xəbərin dəqiq olub-olmaması barədə bir söz deyə bilmərəm".

Yaşar Musayev  qeyd edib ki, Almaniyada Novruz bayramının keçirilməsi normaldır:  

"Çünki bu cür tədbirləri keçirən təşkilatlar çoxdur. Ancaq bunun nə Diasporla İş üzrə Dövlət Komitəsinə, nə də Almaniyadakı Koordinasiya Şurasına aidiyyəti var. Biz ayrılıqda Novruz  bayramını yüksək səviyyədə və böyük coşqu ilə keçirmişik".

Qeyd edək ki, xəbəri Gununsəsi.info yayıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü