Arxiv
27 mart 2019, 11:41 | DİASPOR
Berlində Türkdilli Diasporların I Potensial Artırma Təlim Proqramı təşkil edilib

Türk Şurası və Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən Türkdilli Diasporların I Potensial Artırma Təlim Proqramında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan nümayəndələri iştirak edib.

 

Modern.az-ın xəbərinə görə, tədbirdə ölkəmizi Azərbaycan  Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri və Komitə sədrinin köməkçisi təmsil edib. Bundan başqa tədbirdə Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının və bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının üzvləri iştirak edib.

 

Təlim proqramının təşkilində əsas məqsəd  türkdilli ölkələrin diasporlarının birgə fəaliyyətinə nail olmaq, onların təkcə Avropada deyil, bütün dünyada bərabər fəaiyyət imkanlarını gerçəkləşdirməkdi.

Aparat rəhbəri Daşqın Rəcəbli tədbir iştirakçılarına  Komitə sədrinin salamlarını çatdırıb, təşkilatçılara təşəkkür edib və və təlim proqramının  təcrübə mübadiləsi baxımından əhəmiyyətindən danışıb.

O qeyd edib ki, Türk Şurası ilə səmərəli əməkdaşlıq təmsil etdiyim qurumun fəaliyyətinin prioritetlərindən biridi. Son zamanlar diaspor quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib və müvafiq sənədlər qəbul edilib.

 

Aparat rəhbəri Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu, 2019-cu il üçün müəyyən olunan tədbirlər planı barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bununla yanaşı TDƏŞ-ə üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumları arasında təcrübə mübadiləsi proqramının açılış mərasimi və Türk Şurası nəzdində fəaliyyət göstərən diasporla iş üzrə Təmas qrupunun 5-ci iclası haqqında da məlumat verilib.

Daha sonra müxtəlif diaspor təşkilatlarını təmsil edən şəxslər çıxış edib və gördükləri işlər barədə ətraflı danışıblar.

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev görülən işlərin görüntülü təqdimatını edib.

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videotəqdimat Aparat rəhbərinin  çıxışı ilə müşaiyyət olunub və maraqla qarşılanıb.

 

Təlim Proqramında  Dövlət Komitəsinin son zamanlar gördüyü işlər böyük marağa səbəb olub və qeyd olunub ki, bu işlər  əhatəli, çoxistiqamətli,  praktik cəhətdən səmərəli və gələcəyi doğru hədəfləyən işlər kimi yüksək qiymətləndirilməlidi. Vurğulanıb ki, görülən işlər diaspor hərəkatında yeni bir mərhələnin başlanmasının ən bariz nümunəsidi.

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, tanınmış alim Yaşar Musayev, Berlin Humbolt Universitetinin müəllimi, elmlər doktoru Rasim Mirzəyev və Almaniyada təhsil alan Qurban Məmmədov çıxış edib, təkliflərini səsləndiriblər.

Birgə fəaliyyət istiqamətində atıla biləcək addımlarla bağlı fikir mübadiləsi aparılıb. Müzkirələr zamanı diaspor təşkilatları təmsilçilərinin  gələcək əməkdaşlıqla bağlı təklifləri diqqətəlayiq hesab olunub.

 

Təlim Proqramı yekunlaşdıqdan sonra tədbirin bədii hissəsinə start verilib.Türk Şurası və TDƏŞ-in təşkilatçılığı ilə Novruz bayramı münasibətilə konsert proqramı təqdim olunub və  konsertdə müxtəlif ölkələrdən olan rəqs ansamblları, o cümlədən  Azərbaycanın “Cəngi” və  Ankara Türk dünyası rəqs ansamblları  iştirak edib.

 

Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistandan olan incəsənət ustalarının, Rusiya Federasiyasında, Moldovada yaşayan tük topluluqlarını təmsil edən sənət insanlarının çıxışları, Azərbaycandan olan Nisbət Sədrayevanın ifası könülləri oxşayıb və coşqu yaradıb. Qonaqlar proqrama böyük maraqla tamaşa ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabiq deputat: “Ay ziyalılar, gəlin yığışaq, iqtidarla müxalifəti barışdıraq!” - MÜSAHİBƏ  18 Sentyabr 2019, 08:25 Bu gün Çempionlar Liqasında daha 8 oyun - TƏQVİM 18 Sentyabr 2019, 08:13 Çempionlar Liqasında 8 görüş keçirilib - NƏTİCƏLƏR 18 Sentyabr 2019, 08:10 Manatın bugünkü məzənnəsi 18 Sentyabr 2019, 08:05 Ruhun şad olsun, Üzeyir bəy! 18 Sentyabr 2019, 07:59 "Sevilya" artıq Bakıdadır - VİDEO 18 Sentyabr 2019, 00:48 Paytaxtın bu ərazisi qaranlıqda qaldı 18 Sentyabr 2019, 00:37 Türk Hava Yolları təyyarəsi təcili eniş edib 18 Sentyabr 2019, 00:09 Güclü külək Bərdədə fəsadlar törətdi 17 Sentyabr 2019, 23:48 Azərbaycan nefti bahalaşıb 17 Sentyabr 2019, 23:31 Tacikistan Qırğızıstana nota verdi: sərhəddə gərginlik artır 17 Sentyabr 2019, 23:14 Bakıda "Maserati"  gənc qızı vurub öldürdü - FOTO 17 Sentyabr 2019, 22:57 Prezident məmurları cəzalandırdı 17 Sentyabr 2019, 22:43 "Ticarət mərkəzində səhərdən gecəyədək "mitinq"dir" - İlqar Məmmədov 17 Sentyabr 2019, 22:29 Kürdəmirdə dəfələrlə məhkumluq həyatı yaşayan peşəkar oğru tutuldu 17 Sentyabr 2019, 22:16 BMT missiyası daha bir il Əfqanıstanda qalacaq 17 Sentyabr 2019, 22:01 Azərbaycanda şəkərli diabet xəstələri artıb 17 Sentyabr 2019, 21:44 Yapon dənizində Rusiya sərhədçilərinə hücum oldu 17 Sentyabr 2019, 21:26 "Əfqanıstan həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib" - Nazir 17 Sentyabr 2019, 21:09 “İrəli”-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə 17 Sentyabr 2019, 21:00 Azərbaycan Çində növbəti şərab evi açır 17 Sentyabr 2019, 20:53 Sumqayıtda 32 yaşlı kişi itkin düşdü - FOTO 17 Sentyabr 2019, 20:40 Azərbaycanda abort edən qadınların sayı azalıb 17 Sentyabr 2019, 20:29 Əfqanıstan prezidenti Azərbaycana gəlir 17 Sentyabr 2019, 20:01 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb  17 Sentyabr 2019, 19:28 Xəzərdə zəlzələ olub 17 Sentyabr 2019, 18:55 Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib 17 Sentyabr 2019, 18:41 İlham Əliyev çilili həmkarını təbrik edib 17 Sentyabr 2019, 18:24 “Azercell” Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir   17 Sentyabr 2019, 18:22 İki mədəniyyət xadimi fəxri diplomla təltif olunub - SƏRƏNCAM 17 Sentyabr 2019, 18:20 Bu şəxslərə Prezidentin fərdi təqaüdü verildi 17 Sentyabr 2019, 18:13 Prezident onları “Tərəqqi” medalı ilə təltif etdi 17 Sentyabr 2019, 18:11 Gömrükdən qeyri-qanuni 2 milyon manatlıq dərman keçirmək istəyənlərin qarşısı alındı 17 Sentyabr 2019, 18:04 İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində  17 Sentyabr 2019, 17:52 Məhkəmə Robert Koçaryanı həbsdə saxladı 17 Sentyabr 2019, 17:52