Modern.az

Vidadi Mürsəlov iyunun 1-də dəfn olunacaq

Vidadi Mürsəlov iyunun 1-də dəfn olunacaq

Allah rəhmət eləsi̇n

31 May 2019, 13:56

Mayın 30-da Almaniyada müalicə olunduğu xəstəxanada dünyasını dəyişən tanınmış mühəndis Vidadi Mürsəlovun cənazəsi sabah Vətənə gətiriləcək.

 

Mərhum iyunun 1-də Yevlax rayonu Aran qəsəbəsində torpağa tapşırılacaq.

 

Vidadi Mürsəlovun 3-7 mərasimi iyunun 3-də Nərimanov rayonu ərazisindəki (Metronun gənclik stansiyasına yaxın) Tural Mərasim evində keçiriləcək.

 

Qeyd edək ki,  Azərbaycanın tanınmş mühəndisi Vidadi Mürsəlovun səhhətində bu il mayın əvvəlində qəflətən  problem yaranmış, o, müayinə və müalicə olunmaq üçün Almaniyaya getmişdi. Almaniyada əməliyyat olunan  Vidadi Mürsəlov mayın 30-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

 

Allah rəhmət eləsin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü