Arxiv
30 İyul 2019, 10:57 | ÖLKƏ
“İnsan alverinin qurbanlarının 72%-ni qadınlar təşkil edir” – Beynəlxalq HESABAT

Bu gün ümumdünya insan alverinə qarşı mübarizə günüdür.

 

Modern.az xəbər verir ki, bu münasibətlə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş müraciət ünvanlayıb.

A.Quterreş bildirib ki, insan alveri bütün dünyanı hər bir yerinə mənfi təsir edən dəhşətli cinayətdir:

 

“BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsinin (UNODC) məlumatına görə, qeydə alınmış qurbanların təxminən 72 faizini qadın və qızlar təşkil edir, zərərçəkmiş uşaqların sayı isə 2004-cü ildən 2016-cı ilə qədər iki dəfədən çox artıb. Qeydə alınmış qurbanların əksəriyyəti cinsi istismar məqsədilə insan alverinə cəlb olunur. Digər səbəblər sırasında məcburi əmək, uşaqların hərbi fəaliyyətə cəlb olunması və digər istismar və sui-istifadə hallarını qeyd etmək olar.

 

İnsan alverçiləri və terrorçu qruplar yoxsul şəraitdə yaşayanlardan tutmuş, müharibə vəziyyətində olan və ya ayrı-seçkiliklə üzləşən insanlara kimi çətin vəziyyətdə olanları hədəfləyirlər. BMT-nin Xoşməramlı səfiri kimi xidmət edən ilk insan alveri qurbanı Nadya Murad, insan alverini dayandırmaq və münaqişə şəraitində seksual zorakılığın qarşısının almaq üçün beynəlxalq tədbirlərin təşviqinə görə 2018-ci ildə haqlı olaraq Nobel Sülh Mükafatına layiq görülənlərdən biri olub”.

 

O qeyd edib ki, silahlı münaqişələr, əhalinin köçürülməsi, iqlim dəyişikliyi, təbii fəlakətlər və yoxsulluq, insan ticarətinin inkişafına yol açan zəifliyi və ümidsizliyi daha da artırır:

 

“Miqrantlar daim hədəfdədir. Dəhşətli və amansız sövdələşmələri həyata keçirən insan alverçiləri və miqrant qaçaqmalçılarının üzündən minlərlə insan dəniz, səhra və həbsxanalarda öz həyatlarını itirib.

Lakin ətrafımızda baş verən zorakılıq və istismara olan laqeydlik də ağır itkilərə gətirib çıxarır. Həqiqətən də, tikintidən tutmuş ərzaq və istehlak mallarının istehsalına qədər saysız-hesabsız biznes və müəssisələr bu məzlum vəziyyətdən faydalanır.

Çoxtərəfli fəaliyyət sayəsində inkişaf əldə olunub. Palermo Konvensiyası və onun insan, xüsusilə də qadın və uşaq alverinin qarşısının alınması, azaldılması və cəzalandırılması haqqında protokolunun vasitəsilə atılan addımlar buna nümunədir. Əksər ölkələrdə lazımi qanunlar mövcuddur və bu yaxınlarda bəzi ölkələr insan alverinə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb edib. Lakin transmilli insan alveri şəbəkələrinin məsuliyyətə cəlb etmək və, ilk növbədə, qurbanların müəyyənləşdirilməsini və onların ehtiyac duyduğu müdafiə və xidmətlərə çıxışını təmin etmək üçün daha çox işlər görülməlidir”.

 

Dayanıqlı İnkişaf  Məqsədləri sui-istifadə və istismarın qarşısını almaq, qadın və qızlara qarşı hər cür zorakılığı aradan qaldırmaq, məcburi əmək, eləcə də uşaq əməyinə son qoymaq üçün aydın hədəfləri əhatə edir. Gəlin, bu Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günündə cinayətkarların gəlir məqsədilə insanları amansızcasına istismar etməsini dayandırmaq və qurbanların öz həyatlarını bərpa etməsinə yardım etmək öhdəliyinə sadiqliyimizi bir daha bəyan edək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
73 yaşlı qələm adamı: “Doğulduğum günü xatırlamasam da, əzablı olduğuna əminəm...” 15 Dekabr 2019, 11:28 Yıxılaraq başından travma alan 9-cu sinif şagirdi vəfat edib 15 Dekabr 2019, 10:46 Mingəçevirdə qardaş qardaşı bıçaqladı 15 Dekabr 2019, 10:42 Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb 15 Dekabr 2019, 10:39 Bələdiyyə seçkilərinə 1 həftə qaldı: bildirişlərin seçicilərə paylanması prosesi başa çatır 15 Dekabr 2019, 10:29 Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb? 15 Dekabr 2019, 10:14 Məşhurların qəribə sonları 15 Dekabr 2019, 10:00 Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək 15 Dekabr 2019, 09:52 Səttar Bəhlulzadə fenomeni 15 Dekabr 2019, 09:45 Ermənilər atəşkəs rejimini 21 dəfə pozub 15 Dekabr 2019, 09:38 Bakı və Gəncədə kafe yanıb 15 Dekabr 2019, 09:31 Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu 15 Dekabr 2019, 09:24 Piyadanı vurub öldürdü 15 Dekabr 2019, 09:10 Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO 15 Dekabr 2019, 08:58 Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14 Nigeriyada terrorda 19 nəfər öldü 14 Dekabr 2019, 21:52 "ABŞ sanksiya tətbiq etsə, buna məcbur olacağıq" - Çavuşoğlu 14 Dekabr 2019, 21:34 Azərbaycanlı futbolçunun baş məşqçisi erməni oldu 14 Dekabr 2019, 21:16 Üç ay ərzində dəm qazından 106 nəfər ölüb 14 Dekabr 2019, 20:54 Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ 14 Dekabr 2019, 20:36 Türkiyə, Almaniya, İran və İtaliyanın tibbi ekspertləri Bakıya toplandı - FOTO 14 Dekabr 2019, 20:19 "3-cü mikrorayon bazarı"ndakı yanğında iki avtomobil yandı 14 Dekabr 2019, 20:03 Bakının bu ərazisində işıqlar söndürüldü 14 Dekabr 2019, 18:52 AMİP deputatlığa namizədlərinin adlarını açıqladı - Etibar Məmmədov SİYAHIDA yoxdu 14 Dekabr 2019, 18:44 Çingiz Mustafayev adına radio satışa çıxarılmayacaq, amma... 14 Dekabr 2019, 18:41 3-cü mikrorayon bazarındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 14 Dekabr 2019, 18:27 3-cü mikrorayon dairəsi BAĞLANDI - BNA sürücülərə müraciət etdi 14 Dekabr 2019, 18:21 MSK parlament seçkilərinin müşahidəsi üçün beynəlxalq təşkilatlara dəvət göndərib 14 Dekabr 2019, 17:54